Cəmiyyət

Avtobus dayanacağa girə bilmir - Buna səbəb dayanacağın zəbt edilməsidir

12 Mart 2019 22:02
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərnişin düşürüb-mindirmək istəyən avtobus dayanacağa girə bilmir.

Buna səbəb dayanacağın minik maşınları tərəfindən zəbt edilməsidir.Bura Yasamal rayonu Şərifzadə küçəsi, Respblika Kliniki Xəstəxananın yaxınlığıdır. Həmin ərazidə yerləşən dayanacaq digər sürücülər tərəfindən parkinq ərazisi kimi istifadə edilir. Ərazidə işləməyən parkomat aparatı da var. Buranın parkinq ərazisinə çevirilməsi avtobus sürücülərini çətinə salır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, park edilən avtomobillərin yaratdığı problem təkcə bununla da bitmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, Şərifzadə küçəsi, o cümlədən həmin hissədə mövcud nəqliyyat şəraiti qənaətbəxş deyil. Xüsusəndə qanunsuz parklanma halları bu ərzaidə lap çoxdur. yaxın vaxtlarda bu küçə boyunca da qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.