Cəmiyyət

Adi əşyaları elektrik avadanlığına çevirir

12 Mart 2019 21:59
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbail rayonunda 163 saylı orta məktəbin 9-cu sinif şagirdi Əvəzağa Nəzərov hazırladığı maraqlı əşyalarla öncə valideynlərinin, daha sonra isə məktəbdə müəllimlərinin diqqətini çəkib.

O, adi əşyalardan istifadə etməklə elektriklə işləyən maraqlı avadanlıqlar düzəldib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onun hazirladığı əşyalardan biri də tozsorandır.
Əvəzağanın hazırladığı digər alətlərdən biri də yükqaldırıcı modelidir. O deyir ki, gələcəkdə bunun əslini düzəltməklə daha ağır yükləri qaldırmaq mümkündür.

Onun düzəltdiyi maraqlı əşyalardan biri isə evə kənar şəxslər daxil olanda ev sahibini xəbərdar edən cihazdır. Onu bu əşyaları düzəltməyə sövq edən isə günlük həyatda qarşılaşdığı bir hadisə olub.
Əvəzağa Nəzərov bildirir ki, onun arzusu gələcəkdə texniki avadanlıqlar hazırlayan mühəndis olmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.