Cəmiyyət

Daha bir magistral yolun alternativi çəkilir

12 Mart 2019 21:58
0 Şərh     Baxış: 1 114

Daha bir tranzit əhəmiyyətli magistral yolun alternativi çəkilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Bakı-Qazax-Gürcüstan yolunun Gəncə şəhərindən Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə qədər olan hissəsində işlərə start verilib.
Bu yolun ən böyük üstünlüyü isə qəsəbələrin içərisindən keçməməsi olacaq. Təmir zamanı yol əsas yaşayış məntəqələrinə yaxın yox, əlavə yerlərdən keçməklə salınacaq.

Yolun Gəncə şəhərinə qədər olan hissəsində artıq işlər bir müddət əvvəl yekunlaşıb və sürücülərin istifadəsindədir. Yolun iki hissəsində isə artıq təmir başlayıb. Burda isə əsas məsələ yolun bir qədər də genişləndirilməsidir.
Hazırada yolda torpaq işləri başlanılıb, ilkin işlər gedir. Bir müddətdən sonra əlvavə qüvvələr cəlb olunmaqla genişmiqyaslı işlər başlanılacaq. Ümumilikdə isə, işlərin yekunlaşması və yolun istifadəsi 202-ci ilə planlaşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.