Cəmiyyət

Abşeronda “Türk şəhidliyi” abidəsi inşa olunur - FOTO

12 Mart 2019 21:31
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunur.

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, bu gün Abşeronun icra başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin 1-ci müavini Volkan Öskiper, hər iki ölkənin rəsmi şəxsləri və ziyalılar abidənin tikintisi ilə yaxından tanış olmaq məqsədi ilə əraziyə gəliblər.

Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərazidə salınmış abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.

Mərasimdə çıxış edən Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından ətraflı söhbət açıblar.

Daha sonra abidənin ətrafında abşeronlu könüllülərin iştirakı ilə 500 ədəd ağac və gül kolları əkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.