Cəmiyyət

Türkiyə mətbuatının diqqətinə səbəb olan azərbaycanlı kimdir? - VİDEO

13 Mart 2019 07:48
0 Şərh     Baxış: 2 188

Azərbaycan vətəndaşı Sivas Quliyevin Türkiyənin Sivas şəhərinə səfəri yerli medianın, ictimaiyyətin diqqətini çəkib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Qafqaz İslam Ordusunun Sivasdan olan şəhid olan əsgərlərinin xatirəsini yaşatmaq üçün ona 64 il əvvəl Sivas adı qoyulub. 

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist, Sivas Quliyevin dostu Elnur Eltürk  verib.

Sivas Quliyev yerli televiziyaya açıqlamasında 1954-cü ildə Azərbaycanda anadan olduğunu bildirib. 

"Sivası yuxularımda görürdüm. 64 ildir ki, xəyallarımla,yuxularımla Sivasa gəlirdim. Mənə bu ad atam tərəfindən qoyulub. Atam çoğrafiya müəllimi idi.  Tariximizi çox yaxşı bilirdi. 1918-ci ildə Azərbaycanın vətənimizə Qafqaz İslam Ordusunun tərkibində sivaslı əsgərlər də olub. Onlarda Azərbaycanın azadlığı uğrunda şəhid olublar.   Atam onların  xatirəsinə yaşatmaq üçün mənə Sivas adını qoyub.  Bundan qürur duyuram.

Sivas Quliyev Sivas insanın mərd, cəsur, qonaqpərvər olduğunu qeyd edib:

"Düşünürəm ki, Sivasla bizim aramızda ruhən, mistik bir bağlılıq var. Ortaq tarixi amillər bizi birləşdirir. Bilirsiniz ki, mənşəcə Azərbaycan türklərindən olan məşhur şair, dövlət xadimi və alim Qazi Bürhanəddin Sivasda fəaliyyət göstərib. XVI əsrdə yaşamış xalq şairi, ozan  Pir Sultan Abdal Sivasda anadan olub".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyə mətbuatının diqqətinə səbəb olan azərbaycanlı kimdir?

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.