Cəmiyyət

Günün qoroskopu: Əhvalınız dəyişəcək, hətta bəlkə pisləşəcək də

16 Aprel 2019 00:01
22 Şərh     Baxış: 8 063

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Günün ilk yarısında üzləşdiyiniz problemin həllində bütün mümkün vasitələrdən istifadə edin. Rəqiblər sizin zəifliyinizi gözləyir, yeni məkrli plan qururlar. Mümkün qədər diqqətli olun. Hüquqi məsələlərin çözülməsində maraqlarınızın tam təminatına çalışın.

Günün ikinci yarısında işgüzar danışıqlarda uzunmüddətli perspektivləri nəzərə alın. Yeni layihənin startını bir müddətə təxirə salın.

Ailədəki vəziyyət gərginləşə bilər. Heç bir səbəb olmadan iradlar eşidəcəksiniz. Axşam saatlarında romantik tanışlığa can atmayın.
 

Buğa - Maliyyə məsələlərini tələsik həll etməyin. Tərəfdaş və şəriklərlə qarşılıqlı münasibətlərdə diqqətli olun, maraqların təsirini unutmayın. Xoşagəlməz situasiya, pul itkiləri və yalan istisna deyil. Qohumlar və yaxınlarla bəzi məsələləri müzakirə etmək olar.

Yaxşı bələd olmadığınız adamlarla müzakirələri minimuma endirin.

Ailə üzvlərinizin maraqlarını ani, müvəqqəti mənafelərinizdən üstün tutun. Qayğıkeş olsanız, ailənizdəki ortam daha da yaxşı olar.
  

Əkizlər - Ünsiyyətdə rahatlıq olacaq. Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın.

Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Müzakirə və danışıqlar uğur vəd edir. Yaxınlarınızın qayğısına qalın, onların maraqlarını düşünün.

Axşam saatlarında romantik görüş istisna deyil. İntellektinizi nümayiş etdirin.
 

Xərçəng - Tələskənliyin, vurnuxmanın çox olduğu bir gündür. İşlər həddən artıq çoxdur. Aktiv təmasda olun, məktublara və mesajlara cavab verin. Prioritetləri dürüst müəyyənləşdirin. Əks təqdirdə sinirlənərək itkilərə yol verə bilərsiniz.

Günün ikinci yarısında iş və yaşam yerinin dəyişdirilməsi ilə bağlı fikirləri nəzərdən keçirin. Emosiyalarınıza nəzarət edin. Stresdən qurtulmaq üçün sakit yer arayın.

Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Şir - Adi, yeknəsək, rutin iş sizi darıxdırmasın. Belə məsələlərə başdansovdu yanaşsanız, sonradan ağır fəsadlara səbəb olacaq prosesə təkan verəcəksiniz.

Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, ideyalarından bəhrələnmə zamanıdır. Əməyinizin nəticəsini görəcəksiniz. Gəlir mənbələrinin artımı istisna deyil.

Romantik macəralar aramayın. Yeni tanışlıqlar uzunmüddətli perspektivlərə malik deyil. Ailə üzvləri və xüsusilə də uşaqlarla təmaslar sizdə xoş əhval-ruhiyyə yaradacaq.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.
  

Qız - Günün ilk yarısından etibarən planlarınızı həyata keçirməyə başlayın. Kiçik gecikmələr və təxirəsalmaların öhdəsindən gələ bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Qətiyyətli, iradəli olun.

Fiziki əmək, ağır iş olarsa, çəkinməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.

Günün ikinci yarısında yaşam arealında rekonstruksiya işlərinə başlamaq olar. Yaxınlarınızla, xüsusilə də yaşlı qohumlarla ünsiyyətdə huşyar olun. Kobudluq etməyin. Axşam saatlarında köhnə dostlarla bir araya gəlmək olar.

Səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır.
  

Tərəzi - Günün ilk yarısında işlərdə uğurlar olacaq. Ünsiyyətdə aktiv olsanız, kollektivdəki mövqeləriniz daha güclü və səbatlı olacaq. Karyera inkişafı, gəlirlərin artımı istisna deyil. Şayiələrə qatılmayın, boş söhbətlərin iştirakçısı olmayın.

Günün ikinci yarısında yaxınlarınız və dostlarla təmaslarda harmoniyaya nail olun. Axşam saatlarında sakitliyə, rəvan duruma ehtiyacınız var.

Əyləncəyə vaxt ayırmaq olar.
  

Əqrəb - İşgüzarlığı artırın. Praktik olun. Yaxşı ideyalar yaranacaq. Bəzi maliyyə problemlərini həll etmək şansları yaranıb. Məlumat, bilik və informasiya ilə bağlı layihə gəlir verə bilər. Ambisiyalarınız da artacaq. Potensialınızdan, bacardığınızdan artıq işlərə başlamayın.

Günün ikinci yarısında təşəxxüsünüzün qurbanı olmayın. Yaxınlarınız və dəyər verdiyiniz insanlarla kəskin mübahisələr etməyin. Münasibətləri korlamayın. Ailə büdcəsi ilə bağlı fikir ayrılıqları dartışmaya çevrilməməlidir.

Axşam saatlarında çox yeməyin. Rasionunuza fikir verin.
  

Oxatan - Yaşam tonusunuzun səviyyəsi yüksələcək. İntellektual fəaliyyət üçün əlverişli zamandır. Bilik və informasiyanızı artırın. Maliyyə əməliyyatları aparanda diqqətli olun. Qısa səfərə çıxmaq olar.

Yaradıcılıq və intellektual prosesin detallarına fikir verin.

Günün ikinci yarısında yaxınlarınızın xahişlərini dinləyin. Onlara yardım etməyə çalışın. İllüziyalara qapılaraq kobud səhvlərə yol verməyin.

Axşam saatlarında normal istirahət etməyə can atın.
  

Oğlaq - Yaradıcılıqla məşğulsunuzsa, əlverişli gündür. İntuisiyanıza güvənin. Çətin problemlərin həllini aktivləşdirmək üçün yeni ideyaya ehtiyac var. Rutin və yeknəsək metodlar işlək deyil. Ünsiyyətdə problemlər olmayacaq.

Günün ikinci yarısında başqaları ilə manipulyasiya etməyin. Dəyər verdiyiniz insanların mövqelərini nəzərə alın. Onların sözlərini qulaqardına vurmayın. Daxili nizamı qorumağa çalışın. Paxıllıq etməyin, özünüzü "ən zəif bənd" saymayın.

Axşam saatlarında yarımçıq işi başa vurun.
  

Dolça - Əhvalınız dəyişəcək, hətta bəlkə pisləşəcək də. Aqressiv, qıcıqlı olmayın. Kiçik iradlara sərt reaksiya verməyin. Özünüzü ələ alın. İntizamlı, soyuqqandı, təmkinli olun.

Günün ikinci yarısında mənasız işlərə vaxt ayırmayın. Yeni tanışlıqlar məsləhət deyil. Axşam saatlarını dostlarınızla keçirin. Şayiələrə, dedi-qodulara qatılmayın. Ailə qayğılarını qulaqardına vurmayın.
  

Balıqlar - Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, təvazökar olun. Yaxın ətrafınızdakı insanların fikirlərini və mövqelərini nəzərə alın. Kommunikativ bacarıqlarınız yüksək olmalıdır. Yeni əlaqələrin yaradılması, habelə kollektivdəki mövqelərinizin möhkəmlənməsi üçün əlverişli zamandır.

Səbatlı davranmağa çalışın.

Günün ikinci yarısında gərəksiz təmasları dayandırın. Hadisələrə real təsir imkanlarına malik adamla məsləhətləşin.

Yeni romantik tanışlıq olacaq. Sosial və peşəkar statusunuzu yüksəltməyə istiqamətlənmiş addımlar atın. Yaxınlarınızla ünsiyyətdə ifrat müstəqillik istəkləriniz narazılıqlara səbəb ola bilər.
  

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Aprel 00:0332

    Sabahiniz uqurlu olsun

    Cavab yaz
  • Anonim
    delisov · 16 Aprel 00:3235

    Esra xanim hara qeyb olduz axi sizi qarabaqara izleyirem

    Cavab yaz
    • Anonim
      \\\ · 16 Aprel 10:3221

      )))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 Aprel 16:0633

        İzlesen ne olasidir Heqiqeten güldüm bu serhine .Hec hara qeyb olmamisam buradayam bir şerhci kimi cox isteyerem seni. Sende meni bir serhci kimi deyer ver yeter. Basqalari ğlürler neqativ yazib mende sehv axtarsinlar artik hirslenmirem Cun ki ,ömür boyu mende sehvi tuta bilmeyecekler.

        Cavab yaz
  • Anonim
    Ramo · 16 Aprel 00:5510

    Çərşənbə axşamınız mübarək!

    Cavab yaz
  • Anonim
    rfşzr · 16 Aprel 01:0020

    Şüküt rəbbim

    Cavab yaz
  • Anonim
    &&& · 16 Aprel 07:3511

    Hamınızın sabahi xeyirli uğurlu olsun əzizlərim amin

    Cavab yaz
  • Anonim
    &&& · 16 Aprel 07:3713

    Əsrama xüsusi Salam,necəsən mənim iyilik mələyim,millinin prenses qızı,millidəki ilk dostum və canım arkadaşım de görüm necəsən necəsən?

    Cavab yaz
    • Anonim
      delisov · 16 Aprel 12:5703

      Esra xanim sizin yerinize men agizlarinin payini verdim inanmasaniz baxin milli azda. sizinle menim yaziwmamin altina bezi balqabaglar werh yazmiwdi

      Cavab yaz
      • Anonim
        Balgabaga · 16 Aprel 13:4150

        Basıb bağlama ))))) orada sənin cavabını yaxşı veriblər

        Cavab yaz
        • Anonim
          delisov · 16 Aprel 14:0514

          balqabag ele senin yeke bawindi. ged bir guzgude ozune bax sora fikir bildir. sarsagin biri

          Cavab yaz
        • Anonim
          delisov · 16 Aprel 14:0812

          iwsiz gucsuz sarsag insan eger insan demey mumkunduse iwine bax ailene bax bilinmir kiwisen qadinsan gunde bir adnan yazirsan. sene ne kimin kime ne yazdiginnan ged dovgani biwirde keybaw

          Cavab yaz
        • Anonim
          delisov · 16 Aprel 14:0903

          bu yeke yeke werh yazanlar vare telefonda oturub oz heyatinizi sahmana salin bi zahmet

          Cavab yaz
        • Anonim
          delisov · 16 Aprel 14:1702

          o werhi yazan varha basib baglama. seni birde kiminse fikrine werh bildiren gormuyum heleki eseblerimi cilovlayiram

          Cavab yaz
          • Anonim
            Dəlisov balgabaga · 16 Aprel 14:5051

            Əəəəəə o yazdığın şərhçi yazır ki ailəliyəm, sən isə ona yazırsan ki səni tanımag istəyirəm, səni cox istəyirəm. Sənin kimilərə bilirsəndə nə deyirlər! Ağıllı ol yoxsa aləmi başıva uçurdaram, martışka

            Cavab yaz
            • Anonim
              ..... · 16 Aprel 15:1530

              ))))))dəlisov dəli oluffff )))deyesen yaman cox balqabaq yeyir haaa agzınan balqabaq duşmur ))))

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 16 Aprel 16:1033

              14 50 ye O 100 defe yazsin tanimak isteyir beyem men razi olanam? Siz Allah besdirin dəəə Neqativle r yazib eseb etmiyin meni onsuz da bu gün kefim yoxdu burada bir terefden olmasin

          • Anonim
            14.17 e · 16 Aprel 15:0040

            Martışka sözüylə bildin də sənə nə demək istədim ))))))

            Cavab yaz
            • Anonim
              15 :00a · 16 Aprel 15:4710

              O balqabaq deyilki )))

            • Anonim
              \\\ · 16 Aprel 17:1310

              xeexxexexex

  • Anonim
    Yusif · 16 Aprel 18:3310

    Çox mənasız söhbətlər gedir burda.

    Cavab yaz
    • Anonim
      18.33 e · 16 Aprel 18:4610

      Yan keçmə, bir məna gat buralara )))))

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.