Cəmiyyət

Günün qoroskopu: Təcili həllini tələb edən məsələlərlə məşğul olun

15 Aprel 2019 00:01
27 Şərh     Baxış: 9 672

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz olunması üçün yaxşı zamandır. Problemlərin həllində kreativ olun. Müzakirələr və danışıqlar aparın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün praqmat davranın.

Günün ikinci yarısında davranışınıza fikir verin. Hisslərə nəzarət etmək çətin olsa da, bunu bacarın.

Sevdiyiniz insanla və yaxınlarınızla münasibətlərinizdə hissləriniz tarıma çəkilə bilər. Ekstravaqant addım və ya qərar sizi sinirləndirməsin. Yeni tanışlıqlar istisna deyil. Amma onlar ani olacaqlar.

Buğa - günün ilk yarısında yaranan seçim imkanlarından bəhrələnin. Spontan şərtlər sizi qərarlarınızda qəti olmağa vadar edəcək. Yaşamınızda indi qəflətən baş verən hadisələr çoxdur. Sakit olun, təmkinli davranın. Qüvvələrinizə qənaət edin. Resurslara ehtiyacınız olacaq.

Günün ikinci yarısında alış-verişi, maliyyə əməliyyatlarını ertələyin. Borc almayın, borc verməyin. Yaxınlarınızdan biri ilə maddi məsələlərə görə anlaşılmazlıq yarana bilər. Mövqelərinizdən geri çəkilməyin.

Axşam saatları müzakirələr və təhlillər üçün əlverişli deyil.

Müəyyən məsələ ilə bağlı qeyri-effektiv metodlardan əl çəkmək zamanıdır.

Əkizlər - günün ilk yarısı əlverişli zamandır. Danışıqlar aparmaq, sövdələşməyə başlamaq, yeni tanışlıqlara nail olmaq, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivləşmək olar. Yeni ideya və layihələri bir qədər ertələyin.

Situasiya sizdən daha çox cari işlərlə məşğul olmağı tələb edir. Vədlərə sadiq qalın, öhdəlikləri yerinə yetirin.

Risk arzuolunmazdır. Yalnız məşğul olduğunuz işin irəliləyişi, mövqelərinizin xilası üçün preventiv addımlar ata bilərsiniz.

Günün ikinci yarısında dəqiq olun. Başladığınız işi yarımçıq qoymayın. Yeni məlumat əldə edərkən sayıq davranın. Fəaliyyətinizdəki boşluqları aradan qaldırın, çətinliklərin əsirinə çevrilməyin.

Axşam saatlarında ideyalardan birinin gerçəkləşdirilməsi üçün zəmin hazırlayın. Bəzi problemlər avtomatik həllini tapacaq.

Xərçəng - günün ilk yarısı nevroz vəziyyətdir. Situasiya sürətlə dəyişəcək. Stabillik hissi yoxdur. Qərarları sürətlə, tez, psixoloji komfortu nəzərə almadan verin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik yarana bilər. Münaqişəyə səbəb olmayın.

Günün ikinci yarısında narazılıq artacaq. Münasibətlərin ənənəvi, köhnə modelləri sizi artıq təmin etmir, yeni konstruksiya isə gözə dəymir. Səbr və təmkin indi ehtiyac duyduğunuz xüsusiyyətlərdir. Emosiyalarınıza nəzarət edin. Ailə üzvlərinə qarşı kəskin iradlarla çıxış etməyin.

Şir - təcili həllini tələb edən işlərlə məşğul olun. Sərmayə və maliyyə məsələlərində ehtiyatlı olun. Diqqətli davranın. Enerji səviyyəniz aşağıdır. Qəfil hadisələr sizdən sürətli reaksiya və məntiqli həll tələb edir. Hadisələrin həddən artıq sürətli axarından kənarda qalmayın.

Günün ikinci yarısında imzalayacağınız sənədləri diqqətlə oxuyun.

Sizə yeni tapşırıqlar veriləcək. Vədlərə aldanmayın, ağır işlərə razılaşmayın.

Bilik və bacarıqların artırılması, intellektual fəaliyyət üçün əlverişli zamandır.

Axşam saatlarında normal istirahət edin.

Qız - günün ilk yarısı yaxşı zamandır. Gərəkli informasiya axtarışları maraqlı tapıntılarla sonuclana bilər. Yeni situasiyadan istifadə edərək irəliləməyə çalışın. Həmfikir və şəriklərlə birgə fəaliyyətə üstünlük verin.

Günün ikinci yarısında maliyyə itkiləri riskini mümkün qədər azaldın. Spontan istəklər və illüziyaların əsiri olmayın. Səhvlərin fəsadları ağır ola bilər.

Məişət problemləri ilə bağlı neqativ vəziyyət yarana bilər.

Avadanlıq sıradan çıxmasın deyə, ehtiyatlı olun.

Diqqətli olun, fikriniz mənasız işlərə yayınmasın. Bir qədər düşünün, ehmal olun.

Tərəzi - qəfil xəbərlər alacaqsınız. Sizə birbaşa dəxli olan məsələlərin həlli ilə məşğul olun. Kollektivdə dəyişikliklər, planlara yenidən baxılması, yeni tapşırıqlar və öhdəliklər istisna deyil. Köhnə mövqelər sizi təmin etmirsə, onlardan imtina edin. Yeni imkanlar yaranır.

Günün ikinci yarısında heç bir səbəb olmadan qısqanclığa qapılmayın. Yaşamınızda köklü dönüşə səbəb olacaq qərar zamanı deyil. Sabit münasibətlərdən imtina etməyin, əlaqələri kəsməyin. Məişət qayğılarını növbə ilə həll edin. Yaşam arealını qaydaya salın.

Axşam saatları yaradıcılıq üçün uğurludur. Əqli fəaliyyətlə məşğul olmaq olar.

Əqrəb - işlərinizdə qayda yaradın. Qayğı tələb edən obyekt spontan formalaşacaq. Həddən artıq yükə boyun olmayın, qüvvə və imkanlarınızı real dəyərləndirin. Fiziki tonus səviyyəniz aşağıdır. Tələsməsəniz, prioritetləri dəqiq müəyyənləşdirsəniz, gərəkli işlər məhz lazımi məcrada hərəkətə gələcəklər.

Günün ikinci yarısında dəyişikliklər uğurludur. Yeni situasiyanın fərqli şərtlərinə sürətlə uyğunlaşmağa çalışın. Önəmli məsələləri həll etmək, cari qayğıların çözülməsi ilə məşğul olmaq mümkündür. Məsləhət istəyən insanın sözlərini qulaqardına vurmayın.

Oxatan - günün ilk yarısı perspektivlər baxımından sərfəlidir. Aldığınız təklifləri dəyərləndirin. Səfər və ya yerdəyişmə ilə bağlı tapşırıqlardan imtina etməyin. Xəbərlər və informasiyaların axınında olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi diqqətlə dinləyəcəklər. Yazışmalarda passiv olmayın. Yeni ideya verə biləcək insanlarla sürəkli əlaqə saxlayın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.

Yaxın gələcəklə bağlı planlarınıza düzəlişlər edin. Şəxsi münasibətlərdə sizi narahat edən məsələni təhlil edin.
 

Oğlaq - ən adi işlərlə yanaşı, mühüm məsələlərin çözülməsi üçün yaxşı zamandır. Bununla belə, genişmiqyaslı və yeni layihəyə başlayarkən səbrli olun, aramla davranın. İndi ağır işə başlamaq üçün əlverişli zamanın axtarılması vaxtıdır.

Günün ikinci yarısında işgüzar danışıqlar aparmaq olar. Yaxınlarınız sizi dəstəkləyəcək, planlarızın reallaşdırılmasında yardım edəcəklər. Ailədə nüfuzunuz artacaq.

Axşam saatlarını açıq havada keçirin.

Dolça - günün ilk yarısında problemlərin sayı artacaq. Təcili həllini tələb edən məsələlərlə məşğul olun. Sizi işdən ayıra biləcək xəbərlərə aludə olmayın. Fəaliyyət istiqamətinin dəyişməsi, yeni mühüm seçim istisna deyil. Borcları qaytarın, hesabları ödəyin.

Günün ikinci yarısında işlər düşündüyünüzdən də yaxşı alına bilər. Stavkaların yüksək olduğu situasiyalarda diqqətli olun. Rəqabət mübarizəsi kəskinləşəcək. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı vicdansızlıq edə bilər. Lakin düşmənə arxadan zərbə endirməyin.

Səhhətinizə fikir verin, vaxtında fasilə edin. Daxili gərginlik əlavə problemlər yaratmamalıdır.
 

Balıqlar - hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir. Bezməyin, soyuqqanlı qalın.

Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər.
 

Milli.Az 

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Aprel 00:0262

    İlk həftəmizin 1-ci gününüz uqurla acilsin maraqli olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Aprel 00:0372

    Nurlanam canim ad günün mübarek olsun tebrik edirem xosbext ol !

    Cavab yaz
    • Anonim
      &&& · 15 Aprel 06:5821

      Aaaa nə yaxsı canım Nurkam məndə təbrik edirəm məndə məndə)) böyük qız olasan,gələcək həyatında sənə sevinc dolu xosbəxt mutlu omür arzulayiram canim bacim həyatın həmişə gözəlliklərlə dolsun,o toz pembe hayallerin hamısı gercəkləşsin amin ürəyim bacim amin

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Aprel 00:0448

    1 neferin de ad günündür Onu da tebrik edirem Xosbextlik can saqliqi arzu edirem Günün mübarek olsun ,..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Aprel 00:0545

    Status-Mene Yalnış yoldasan deyən insanla her zeman eyni yolda qarsilaşırıq..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Aprel 00:0538

    Nəəə isəəə,,, Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şirin ve gözəl !

    Cavab yaz
  • Anonim
    $$$. · 15 Aprel 08:3141

    Allahın salamı olsun hər kəsə ! Sabahınız xeyir hörmətli şərhcilər ! Gununuz xoş və ruzulu olsun inşallah !

    Cavab yaz
    • Anonim
      $$$. · 15 Aprel 08:4850

      Nurlana xanım Ad gununuz mubarək ! Nişanlı qız , Sizə xoşbəx ailə , gözəl və sevimli xanım , şirin - şəkər gəlin və qayqıkeş ANA olmaqı arzulayıram ! Uzunuzdə daim gullər acsın , XOŞBƏXT OLUN !

      Cavab yaz
  • Anonim
    Nurlana · 15 Aprel 10:2950

    Salam,sabahiniz xeyir olsun. Dostlarim,canlarim,Tebrikleriniz ve xoş dilekleriniz üçün çox sağolun.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 15 Aprel 11:4830

    Gözəl gözlü , gülər üzlü canım Nurlanam məndə səni təbrik edirəm. Ad günün mübarək . Yaxşı ki varsan yaxşıki bacımsan 100 yaşa

    Cavab yaz
  • Anonim
    &&& · 15 Aprel 12:5004

    Əsraaaaaaaaam

    Cavab yaz
  • Anonim
    &&& · 15 Aprel 12:5004

    Kankişiiiiiiim

    Cavab yaz
  • Anonim
    &&& · 15 Aprel 12:5104

    Hardasan?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Aprel 12:5813

      Burdayam canim bacim,oralara yaza bilmirik ne yaziram getmir.Necesen kef ehvalin necedi ? Ne oldu qerar verdin necəsi Allah qoysa.

      Cavab yaz
      • Anonim
        &&& · 15 Aprel 14:4401

        Salam kankişim hə getmir,bu altinci gun medikala gedeciyik orda məni əməliyyat edən həkim deyəcək calişacam 10 salim görəkdə həkim nə desə odu

        Cavab yaz
      • Anonim
        &&& · 15 Aprel 14:4611

        Əsram o birsində həkimimi taniyirdim bunda hec tanimadigim həkimemelliyat edəcək gondərişlə gedirəm bilmirəm necə olacag emeliyyatin vaxtin deyəcəmdə sənə yazmasam bilki umerla)))))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 15 Aprel 17:5010

          Uuqrlu olsun İnsallah seq selamet olsun Esas taniş olmasi deyil işinin peşəkari olsun uqurlu etsin Amin ! Mayin 10 İns Allah dünyaya geler

          Cavab yaz
          • Anonim
            esraya · 15 Aprel 21:5021

            o bir nefer tebrik etdiyiniz hansi bexteverdi goren

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Aprel 22:3911

              E eeee, özü oxusa bilecek dəəə ))))Ona demisdim burda tebrik edeceyimi )))

            • Anonim
              esraya · 15 Aprel 22:4611

              ele o tebrik etdiyiniz wexs menem esracim delisovdu yazan. cox sevindim inanin coooox

            • Anonim
              esraya · 15 Aprel 22:4811

              men size coooooooox yazdim bugun milli azda canim cox sagolun tebrikegore

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Aprel 22:5222

              Her zeman her gün sevinesiniz daima sevincli olasiniz .Bilmek olar necencii bahara qedem qoydunuz yani yasiniz necə oldu ?

            • Anonim
              delisov · 15 Aprel 23:2101

              vallah yawim biraz orta civarindadi ama qelbim cooooox gencdi. yeniki hele genclik bulaginnan su icirem qocalmamiwam

            • Anonim
              delisov · 15 Aprel 23:2201

              Esra xanim olarmiki sizinle heyatda taniw olag cunki her zaman vaxt olmurki yazasan

            • Anonim
              delisov · 15 Aprel 23:3401

              vermillerki werhlerimi eseblewirem size cox yaziram her barede

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Aprel 23:5010

              Yox olmaz !

            • Anonim
              drlisov · 16 Aprel 00:3300

              nereye kayb oldun kiz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.