Cəmiyyət

Günün qoroskopu: fərdi maraqlarınızı anlayın və mənfəəti dəqiq müəyyənləşdirin

14 Aprel 2019 00:01
8 Şərh     Baxış: 5 824

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq.

İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz.

Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın.

Buğa - işgüzar planları həyata keçirməyə başlayın. Yaranmış sərfəli şansdan istifadə edin. Görüşmək, zəng vurmaq, yazışmaq, nəzərdə tutulmuş işi görmək lazımdır.

Zərurət duyulan məlumatı əldə etmək üçün dostlara, tanışlara müraciət edin. Əlaqaləri aktivləşdirin. Ümumi maraqlarınızın olduğu insanlara bel bağlaya bilərsiniz. Ciddi səbəb olmadan təlaşa qapılmayın.

Dəyər verdiyiniz insanla münasibətlərə önəm verin. Səmimi və qayğıkeş insan olmağa çalışın.

Əkizlər - ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.

Səhhətinizi düşünün.

Xərçəng - daxili dəyişikliklərə hazır olun. Müəyyən məsələlərə köhəlmiş baxışlardan qurtulun. Daha riskli, daha maraqlı təcrübə qazanmaq vaxtı çatıb. Yaşamınızda yeni maraq, ideya peyda olacaq.

Rutin işlərdən usanmayın.

Günün ikinci yarısında sevdiyiniz işlə məşğul olun. Dəyər verdiyiniz insanın dediklərinə qulaq asın. Axşam saatlarına yaxın situasiya pozitiv məcra alacaq. Ünsiyyət həm faydalı, həm də xoş olacaq.

Şir - yalnız əmr etməyin, hərdən xahişi də unutmayın. Gərəkli nəticə əldə etməyə çalışırsınızsa, yalnız özünüzü düşünməyin. Birgə fəaliyyətə cəlb etməyə çalışdığınız insanı sərt tənqid etməyin. Layihələrdə tanışlarla yanaşı, etibarlı dostların da iştirakına çalışın.

Qəfil xəbərlər yeni əməkdaşlıq vəd edir.

Günün ikinci yarısında ümumi maraqlarınızın olduğu insanlar sizə yeni ideya verəcəklər.

Ailə üzvlərinin qayğısına qalın, onların maraqlarını qulaqardına vurmayın.

Axşam saatlarında istirahətə yetərincə zaman ayırın.

Qız - günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq.

Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsini. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - ayın ən önəmli günlərindən biridir. Tənqid hədəfinə çevrilməmək üçün düşünülməmiş addımlar atmayın. Əhvalınızın ətrafınızdakı insanların durumuna təsir etməməsinə can atın. Daşınmaz əmlakla bağlı əməliyyatları ertələyin.

Günün ikinci yarısında qısa səfər uğurlu alınacaq. Dəyər verdiyiniz insanlardan birinin davranışı sizi qıcıqlandıra bilər. Mübahisələrə qatılmayın, mənasız diskussiyalardan yayının. Yeni pəhrizi sınamaq üçün axşam saatları münasibdir.

Əqrəb - günün ilk yarısındakı situasiyadan sürətlə baş çıxarın və durumu dəyərləndirin. Fəaliyyətinizdəki istiqamətləri artırın. Perspektiv yönü müəyyənləşdirməyə çalışın. Hər şansdan yararlanın. Çətin problemləri həll edin, uzun müddətdən bəri narahatlıq yaradan müşkülləri aradan qaldırın.

Günün ikinci yarısında fəaliyyətinizi intensivləşdirmək üçün bel bağlaya biləcəyiniz adamı bəlirləyin. Ailə üzvləri ilə məsləhətləşin. Yaxın gələcəklə bağlı planlarda zəruri dəqiqləşdirmələr olmalıdır.

Axşam saatlarında aktiv istirahət daha aktualdır.

Oxatan - günün ilk yarısında gərəkli ritmlə çalışsanız, çox işlərin öhdəsindən gələ bilərsiniz. Aktual işlərə daha geniş miqyasda başlamaq lazımdır. Təkliflərdən boyun qaçırmayın. Əldə olunan nəticələrlə kifayətilənməyin. Yaşam arealında dəyişikliklər labüddür. Alış-verişdə yalnız zərurət duyduğunuz əşyaları, ya məhsulları alın.

Günün ikinci yarısında əhvalınız qəflətən dəyişə bilər. Hadisələrə daha aktiv və dinamik müdaxilə edin. Aşkar söhbət bir sıra məqamlara dəqiqlik gətirəcək.

Bəlli hədləri keçməyin, aqressivləşməyin.

Oğlaq - hadisələrin mərkəzində olacaqsınız. Mühüm məsələlərin həllində aktiv iştirak edin. Olaylara laqeyd qalmayın. Öz işinizi inkişaf etdirin, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Əlavə əlaqələri və resursları işə salın. Cari problemlərin həllində gecikmələrə imkan verməyin.

Dəyər verdiyiniz insanların məsləhətlərinə günün ikinci yarısında qulaq asmağı unutmayın. Təklif olunan yardımlardan imtina etməyin. Ehtiyac yaranarsa, tanışları da işə cəlb edin. Xoş sürprizlər yeniliklər vəd edir.

Axşam saatlarını ümumi maraqlarınızın olduğu insanlarla keçirin.

Soyuqqanlı olmayın.

Dolça - fərdi maraqlarınızı anlayın və mənfəəti dəqiq müəyyənləşdirin. Görüş və müzakirələrdə məntiqli olun. Qarşı tərəfə aşkar emosional təzyiq göstərməyin. Stereotiplərdən qurtulun. Situasiyanın təsiri altında planlarınızda dəyişikliklər edə bilərsiniz.

Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Mənasız populyarlıq qazanmağa çalışmayın.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Balıqlar - günün ilk yarısında gərginlik, əhvalın dəyişməsi istisna deyil. Qarşı tərəfin sərt danışmasını böyük problemə çevirməyin. Tənqidlər sizi aqressivləşdirməsin. Maraqlandığınız informasiyanı almaq asan olmayacaq.

Günün ikinci yarısında yaşamın diqtə etdiyi şərtləri qulaqardına vurmayın. Müəyyən məsələlərdə güzəştə getmək, əsas istiqamətdə hərəkəti davam etdirmək olar.

İmpulsiv hisslər sizi ruhlandıra bilər.

Axşam saatları yaradıcılıq, ünsiyyət, müzakirələr üçün pis deyil.

Səhvlərinizdən nəticə çıxarın.
 

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 00:0281

    Bazar gününüz uqurlu olsun Canlarım

    Cavab yaz
    • Anonim
      Qarabag Azerbaycan · 14 Aprel 09:3122

      Nezrin salam necesen nə var nə yox yaxşısan ora gelə

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 00:0388

    Status-Her kesin alninda yalan danisdiqi qeyd olunsa Hec kim utandiqindan heyətə bacaya cixmazdi )))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 00:0488

    Status-Səni sənə qisaca izah edim -Özünü ulduz hesab edən kücə lanpasin xatirlayirsan ))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 00:0587

    Status-Bezen neyinse yoxluqu sene ezab verir , Varliqin da istemirsen nece basa dusek ?)

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 00:1824

    Vəəəəə............Gecəniz xeyrə qalsin yuxunuz Prenses Esra kimi şipşirin olsun.

    Cavab yaz
    • Anonim
      00.18 е · 14 Aprel 11:0630

      Sənin 5 yaşın olub?!

      Cavab yaz
  • Anonim
    &&& · 14 Aprel 12:2100

    Kankişim oxudum sərhini inanki elə məndə 10 u istəyirəm gül bayramı günü gorəkdə həkim nə deyəcək,bilirsən əslində vaxtim 16 sıdı əməliyyat 10 gün tez olur 10 na saldıra bilsəydim 6 cı gün gedəcikdə görək

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.