Cəmiyyət

Bugünkü Doha-Bakı-Doha aviareysi ləğv olunub

7 Mart 2019 21:34
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.

Milli.Az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "Qatar Airways" aviaşirkətinin yerli vaxtla saat 21:10-da "QR 353" saylı Dohadan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Qatar Airways" aviaşirkətinin yerli vaxtla saat 22:10-da Bakıdan Dohaya olan "QR 354" saylı uçuşu da ləğv edilib. Aviareyslər "Airbus A320-200" təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.