Cəmiyyət

Yaxşı işçilərin ixtisarı qadağan oluna bilər - VİDEO - FOTO

5 Mart 2019 13:41
0 Şərh     Baxış: 2 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşə götürənlər tərəfindən idarə və müəssilərdə yaşı çox olanların, pensiya yaşına az qalan insanların ixtisarlar zamanı nəzərə alınması tövsiyə edilir. Hesab edilir ki, bu insanlar həmin yaşda əgər ixtisara düşürsə, işdən çıxarılırsa, onun 2-ci bir iş tapması çox çətindir. Həmin insanlar pensiya yaşına qədər işsiz qala bilər.

Milli.Az bildrir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Musa Quliyev - Millət vəkili: "Vətəndaşların, xüsusilə yaşlı kateqoriya insanların əmək hüquqlarının qorunması ilə bağlı təkliflər vermişdir. O təklifin də mahiyyəti ondan ibarətdir ki, pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin işdən azad edilməsinə qadağa qoyulsun".

Samir Qasımov - Vəkil: "İşəgötürən əgər ixtisara məcburdusa, ixtisara 10 nəfər salınmalıdırsa, o zaman işəgötürən baxır onların içində müəyyən şəxslər var ki, onlar məcburiyyət olmadıqca, ixtisara düşməməlidir. Bu yeni təklifə əsasən, pensiya yaşına yaxın olan şəxslər də ixtisar zamanı üstünlük hüquq olan şəxslərin siyahısına salınması təklif olunur".

Ekspertlər hesab edirlər ki, xüsusən özəl sektor buna əməl etməyəcək. Çünki heç bir özəl struktura belə bir göstəriş, tapşırıq vermək olmaz ki, kimisə saxla, kimisə saxlama. Hər bir müəssisə, hər bir təşkilat istəyir ki, daha cavan, perspektivli və məhsuldar işçi götürsün.

Ruslan Atakişiyev - İqtisadçı: "Özəl sektor belədir ki, 40 yaşında da yaramırsa, 25 yaşında da çıxarır. Ona görə bu yaş məsələsində müəssisə onu çıxarmaq məsələsində gözləməlidir ki, məsələn, 3 il, 4 il, 5 il onu saxlasın, bunu dövlət sektorunda etmək mümkündür".

Amma bununla razılaşmayanlar da var. Yaşlı işçi peşəkar mütəxəssisdir, ona görə ixtisarlar zamanı cavan kadrla müqayisədə üstünlüyə malik olmalıdır, deyə düşünənlər də var.

Sahib Məmmədov - Ekspert: "Əmək Məcəlləsində var. Ştatların ixtisarı zamanı iş yerində saxlanmağa üstünlüyü, hüquq olan şəxslər. Burada birinci peşəkarlıq gedir. Əgər istənilən şəxs pensiya yaşı ərəfəsindədirsə və uzun müddət həmin müəssisədə işləyibsə, onun peşəkarlığı var".

Burada işəgötürənlərin də marağını nərəzə almaq şərtdir. Çünki işdən çıxarılmayacağına əmin olan yaşlı işçinin faydalı iş əmsalı da aşağı düşə və o, öz işinə məsuliyyətlə yanaşmaya bilər.

Musa Quliyev - Millət vəkili: "Elmira xanımın söylədiyi təklifdə işçinin əmək hüquqları tamamilə qorunur. Amma sahibkarın maraqları qorunmur. Balans yaratmalıyıq ki, özəl sektorda olanların da maraqları qorunsun. Eyni zamanda bu yaşlı kateqoriya işçilərin də öz peşələrinə, vəzifələrinə daha məsuliyyətlə yanaşmasına, daha peşəkar olmlarına gətirib çıxaran bir təklif olardı".

Pensiya yaşına 7-10 il qalmiş işçilərin ixtisarının qadağan edilməsini və digər təklifləri nəzərdə tutan ombudsmanın illik hesabatı parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yaxşı işçilərin ixtisarı qadağan oluna bilər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.