Cəmiyyət

Günün qoroskopu: Bu gün səliqə-səhman yaratmaq çox faydalıdır

17 Mart 2019 00:01
21 Şərh     Baxış: 4 986

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - çoxdankı planınızı reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq.

Günün ikinci yarısında çoxdan arzuladığınız görüşün baş tutması ehtimalı var.

Buğa - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.

Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.

Əkizlər - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir.

Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!

Xərçəng - bu gün tələsiklik tələb edən işlər alınmayacaq. O işlərlə məşğul olun ki, onları yavaş və fikrinizi bir yerə cəmləşdirərək görmək mümkün olsun. Günün birinci yarısı gəzintilər üçün əlverişlidir. Bunu tək və ya sizi ağzınızı açan kimi başa düşən yaxınınızla birlikdə də edə bilərsiniz. Axşam isə böyük məclislərə yollanmaq və əylənmək olar.

Pul barədə düşünməyə dəyər. Maliyyə məsələlərinin həlli üçün heç vaxt olmadığı qədər əlverişli gündür.

Şir - bu gün nə qədər az planlar qursanız, o qədər yaxşıdır. Beyninizə gələn gözlənilməz ideyalar çox yaxşı olacaq və dərhal onları həyata keçirməyə girişmək lazımdır. Ətrafınızdakıları qəhrəmanlıqlara ruhlandırmağa qadirsiniz. Bu imkandan məqsədinizə çatmaq üçün yararlana bilərsiniz.

Gün olduqca güclü emosiyalarla yadda qalacaq. Bu emosiyaların müsbət və ya mənfi olması sizin özünüzdən asılıdır. Sizə sevinc gətirəcək romantik məşğuliyyət mümkündür. Amma bu məşğuliyyətin həyəcanı da az olmayacaq.

Qız - çox yaxşı gündür. Hadisələr sizin gözləntilərinizə uyğun inkişaf edəcək, uğurlarınız isə nəzərdə tutduğunuzdan da böyük olacaq. Gözlənilməz görüş çox xoş olacaq. Yeni dost tapmağınız və ya sözün həqiqi mənasında vurulmağınız mümkündür.

İstənilən səfərlər, eləcə də ictimai və ya kübar tədbirləri ziyarət etmək üçün çox əlverişli gündür. Günün ikinci yarısında uzaqdan maraqlı xəbərlər alacaqsınız. Əvvəlcə buna necə reaksiya verəcəyinizi bilməyəcəksiniz. Lakin bir qədər sonra nəyin nə olduğunu aydınlaşdırıcaqsınız. Ən maraqlısı da bundan sonra başlayacaq.

Tərəzi - bu gün hadisələrdən daha çox əhval-ruhiyyə ilə əlamətdar olacaq. Ətrafda baş verənlərə fəlsəfi yanaşma sizə çətin vəziyyətlərdə sakitliyinizi qorumaqda köməklik edəcək.

Qeyri-formal görüşlər və ünsiyyət üçün əlverişli gün deyil. Siz və həmsöhbətləriniz bir-birinizə köklənə bilməyəcəksiniz. Amma iş, maliyyə və mülk məsələlərini müzakirə etmək olar. Bu gün əldə olunan razılaşmaları sonradan yenidən nəzərdən keçirməyə ehtiyac qalmayacaq.

Əqrəb - düşünülməmiş və tələsik hərəkətlər günüdür. Bəzən hansısa addımı niyə atdığınızı özünüz özünüzə də izah edə bilməyəcəksiniz. Kənardan eşitdiyiniz məsləhətlərə çox etibar etməyə dəyməz.

Emosional fon sabit deyil. Günün birinci yarsında tez qızışan və əsəbi olacaqsınız. İkinci yarıda isə ovqatınız düzələcək və ürəyiniz açılacaq.

Oxatan - gün istədiyiniz kimi keçməyəcək. Planlar ayaqüstü dəyişəcək və şübhəli ümumi fayda naminə şəxsən sizin üçün vacib olan nədənsə imtina etməli olacaqsınız. Lakin buna görə məyusluğunuz uzun çəkməyəcək.

Tükənməz həyat enerjiniz qeyri-sağlam maraq kəsb edə bilər. Kimsə sizdən öz maraqları üçün istifadə etməyə çalışacaq. Buna yol verməməyə çalışın.

Oğlaq - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Odur ki, müsbət tendensiyaların təsirindən faydalanmaq olar. Əvvəllər başladığınız bir çox çətin işləri bu gün yekunlaşdıra, eləcə də, problemləri həll edə bilərsiniz. Ətrafdakılara köməklik və xeyriyyə tədbirlərin iştirak üçün münasib gündür.

Həyat enerjisi ehtiyatınız hədsizdir. Sizi yorğunluq və taqətdən düşmək gözləsir. Günün ikinci yarısında ürəkdən şənlənə, gecə yarısınadək əyləncə məclislərində iştirak edə bilərsiniz.

Dolça - günün birinci yarısında xoşunuz gəlməyən işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Xoşbəxtlikdən bu iş o qədər çətin olmayacaq və çox vaxtınızı almayacaq. Yeni təəssüratlar həvəsi sizi düşünlməmiş addımlara doğru itələyir. Məlum olacaq ki, düşünmədən atdığınız addımlar doğru olacaq. İntuisiyanıza güvənin. O, sizi səy göstərdiyiniz yerə aparacaq.

Bu gün səliqə-səhman yaratmaq çox faydalıdır. Əgər ev yığışdırmaq sizin üçün xoş deyilsə, başqa işlə məşğul olun. Məsələn, arzularınızı, səylərinizi və prioritetlərini "rəflərə düzün".

Balıqlar - deyəsən, bütün dünya sizə qarşı səfərbər olub. İncikliklər yaranacaq, onları aradan qaldırmaq cəhdləri isə uğursuzluqla nəticələnəcək. Siz kompromislərə hazırsınız. Lakin qarşı tərəf sizdən ağılabatan hesab etdiklərinizdən daha böyük güzəştlər tələb edəcəklər. Ən ciddi fikir ayrılıqları maliyyə və mülk məsələlərinin müzakirəsi zamanı yaranacaq.

Ağır işlərlə məşğul olmaq məsələhət deyil. Tez yorulacaq və ehtiyatsızlıq nümayiş etdirəcəksiniz. Bu, bəd hadisələrə səbəb ola bilər. İdmanla məşğul olmaq üçün yalnız səhər saatları münasibdir. Amma həmin vaxt da tərcübəli adamın nəzarəti altında məşq etmək lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 Mart 00:0240

    Bazar gününüz gözel olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 17 Mart 10:3620

      Seninde Esra can

      Cavab yaz
  • Anonim
    ;) · 17 Mart 00:03110

    Ən pozitiv şərhçılərə eşg olsun : Ebru xanım, Zeynab, Nurlana, Zahra, $$$, Saray

    Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 10:2740

      ;) Təşəkkurlər !

      Cavab yaz
    • Anonim
      Nurlana · 17 Mart 10:3530

      Cox sagolun ;) nikli sherhci

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 Mart 00:0325

    Geceniz xeyre yuxunuz da bal olsun menim kimi, gözel olsun yenədə menim kimi .Sabah buralara girmeyecem İnsallah goruserik !

    Cavab yaz
  • Anonim
    Zəhra · 17 Mart 00:1150

    Sabahlarınız xeyirlə açılsın əziz dostlar. Sabah çətin və çoxxx yorucu gün olacaq. Hamıya uğurlar!

    Cavab yaz
    • Anonim
      Nurlana · 17 Mart 10:3610

      Seninde Zekosh can cox sagol. Senede ugurlar

      Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 10:4120

      Zəhra xanıma uqurlar !

      Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 10:4111

      Admiral bəyə uqurlar !

      Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 10:4230

      Ebru xanıma salamlar ! Mələklər necədir?

      Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 10:4611

      Предсмертное желание Arzu xanım salam !

      Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 10:4610

      Nurlana xanım salam!

      Cavab yaz
      • Anonim
        Nurlana · 17 Mart 11:0110

        Aleykum, Salam $$$ xanim necesiz?

        Cavab yaz
  • Anonim
    $$$. · 17 Mart 10:2650

    Allahın salamı olsun hər kəsə ! İstirahət gününuz maraqlı, şən kecsin. Daim uzunuz gulsun, əhvalınız xoş olsun hörmətli şərhcilər ! Hamıya uqurlar!

    Cavab yaz
    • Anonim
      Nurlana · 17 Mart 11:0210

      Salam olsun $$$ xanim size. Cox sagol bahem

      Cavab yaz
      • Anonim
        $$$. · 17 Mart 11:2810

        Nurlana xanım cox saq olun , yaxşıyam. Gedirik qəbrustə , bir iki saata evdəyəm . Yazacam .

        Cavab yaz
  • Anonim
    $$$. · 17 Mart 10:4710

    Cavid bəyə salam !

    Cavab yaz
  • Anonim
    Sorgu.1 · 17 Mart 14:01140

    İlin qarqış komu Esra

    Cavab yaz
  • Anonim
    Sorgu.1 · 17 Mart 14:01110

    İlin ən pis şərhcisi esra

    Cavab yaz
  • Anonim
    Yusif · 17 Mart 14:2460

    Əli proqnoz didərgin düşüb burdan. Məncə onu burdan didərgin salan burda olan mənasız söhbətlər oldu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.