Cəmiyyət

Günün qoroskopu: Praqmat olun

15 Mart 2019 00:01
44 Şərh     Baxış: 10 050

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - qarışıq, laübəli zamandır. Təəssüratlar və hisslər burulğanında çaş-baş qalmayın. Görüşlər, müzakirələr çox ola bilər. Faktları ehtimallar, sonucları gümanlarla əvəzləməyin. Hadisələrin bundan sonrakı inkişaf məcrasını təxminləməyə çalışın.

Günün ikinci yarısında intuisiyanıza güvənin, emosiyalara qapılmayın. Yaşam sizə önəmli həll variantını təklif edir. Tələsik qərarlar verməyin. Axşam saatlarında yaşanan günün və prosesləri təhlil edin. Yaxşı düşünsəniz, çətin problemin həllini tapa bilərsiniz.

Buğa - sərfəli və mənfəətli işləri başqalarına həvalə etməyin. Peşəkar fəaliyyət müstəvisindəki ambisiyalarınız həddən ziyadə olmamalıdır. Ailənin maraqları və yaxınlarınızla münasibətlər daha çox diqqət tələb edir. Bir əldə iki qarpız tutmaq mümkün deyil. Təmkinli, soyuqqanlı olun. Problemlərin optimal həll yolunu arayın.

Günün ikinci yarısında unudulmuş əlaqələr və təmaslardan bəzilərini bərpa etmək olar. Sevdiyiniz insanın könlünə yatan addımlar atın. Stressi yeməklə azaltmaq olmaz. Rasionu dürüst seçin.

Əkizlər - günün ilk yarısında hadisələrin gedişatında ləngimə, astagəllik hiss olunacaq. Başqalarının pulları ilə risk etməyin. Kredit götürməyin, borc verməyin.

Borclarınız varsa, onları qaytarın. Mühüm saydığınız informasiyanı göndərin. Ətalətli və süst olmayın.

Müşkül problemin həlli asan olmayacaq. Mürəkkəb həll və ya məsuliyyətli qərar tələb etməyən monoton fəaliyyəti seçin. Axşam saatlarında sənəd imzalamaq məsləhət deyil.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng - ailənizin maraqlarını ani tanışlarınızın mənafelərinə qurban verməyin. Yaxınlarınıza dəstək olun, qohumlarınıza kömək edin. Ən mühüm məsələlərin həllinə yetərincə vaxt ayırın. Cari hadisələrin axınını dəyişməyin.

Günün ikinci yarısında maddi və formal sonuc əldə etməyə çalışın.

Bələd olduğunuz insanla görüşün, müzakirələr aparın. Yaradıcılıq sizdə məmnunluq hissi yaradacaq.

İmpulslara aldanmayın. İstədiyiniz yox, gərəkli işlə məşğul olun.

Şir - maliyyə məsələri, hesabatlar və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı nigaranlıq, maliyyə perspektivlərinin tam aydın olmaması sizi təbdən çıxarmamalıdır. Müzakirələri konstruktiv məcraya yönəldin.

Yarımçıq qalmış işi bitirin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda sakit, soyuqqanlı, təmkinli olun. Dedi-qodular və şayiələri dəstəkləməyin. Əks halda anlaşılmazlıq və inciklik yarana bilər. Şəxsi münasibətlərdə yeni intriqa yaranacaq.

Ən kiçik məsələ sevdiyiniz insanla təmaslarla küskünlük yarada bilər.

Qız - günün ilk yarısı gərgin dönəmdir. Yaşananlara ifrat aqressiv, sərt reaksiya verməyin. Heç nəyi mürəkkəbləşdirməyin. Yarımçıq məsələlərin mahiyyətini anlamaq üçün tələsməyin. İntuisiyanız güclənsin. Orijinal ideyalar, problemlərin həllinin alternativ yolları istisna deyil.

Günün ikinci yarısında çətinlikləri aradan qaldırmaq üçün maksimal dərəcədə aktiv olun. Sizinlə eyni işlə məşğul olan insanlarla qarşılıqlı mübadilə faydalı tapıntılar verəcək.

Bəzi ideyaların reallaşmasını təxirə salın. Gərginliyi yaratdığı yorğunluq və stress ən təcili, təxirəsalınmaz işlərdə ləngimələrə səbəb ola bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - uzaqgörən olun, rəqiblərin addımlarının və qərarlarının heç olmasa, bir qismini əvvəlcədən təxminləməyi bacarın. Sağlam məntiq çərçivəsində hərəkət edin. Emosiyalara uymayın. Situasiyanın mürəkkəbliyini və birgə fəaliyyət göstərdiyiniz insanların hisslərini instiktiv anlayın.

Vəd etdiyiniz işi görün, yaxınlarınızı aldatmayın. Etibar etdiyiniz insanlarla işləyin.

Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Yalan, izafi xərclər riski var. Axşam saatlarında uzaq məkana yollanmayın.

Əqrəb - yeni məqsədlər və hədəflər bəlirləmək üçün əlverişli zamandır. Niyyətlərinizdə ardıcıl olun. Bir işi başa vurmamış başqasına başlamayın. Eqoizm, təşəxxüs, başqalarının fikirlərinə və mövqelərinə sayğısızlıq baha başa gələ bilər. Emosiyalar əlaqələrə əsla təsir etməməlidir.

Günün ikinci yarısında hisslərə qapılsanız, işlərinizdə problemlər yaranacaq. Məşğul olduğunuz işə kənar təsiri minimuma endirin. Özünüzün və yaxınlarınızın təhlükəsizliyini təmin edin. Axşam saatlarında şəxsi münasibətlərdə gərginlik yarana bilər.

Oxatan - sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Sadəlövh olsanız, problemlərlə qarşılaşacaqsınız. İntriqalara, müzakirələrə, dedi-qodulara qatılmayın. Şayiə daşıyıcıları olmayın.

Yaranmış problemi tələsmədən təhlil edin. Çıxış yolunu tapa bilərsiniz.

Günün ikinci yarısında əhəmiyyətli xəbər həmişəki mənbələrdən gəlməyəcək. Ətrafınızda formalaşmaqda olan prosesləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Ev işlərini başa vurun. Valideynlərlə təmasda olun. Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Oğlaq - günün ilk yarısı dərin emosional sarsıntılar vəd edir. Qüvvə və enerji çatışmazlığı hiss edə bilərsiniz. Yalnız cari məsələlərin həlli ilə məşğul olun.

Yeni işlərə başlamaq üçün münasib zaman deyil. Çalışdığınız yerdə, işlədiyiniz kollektivdə yeni intriqa başlanır. Çoxdan gözlədiyiniz olay yaşana bilər. Amma bu hadisə birmənalı deyil.

Günün ikinci yarısında malik olduqlarınızı dəyərləndirin, hadisələrə süni təkan verməyin. Axşam saatlarını sevdiyiniz, dəyər verdiyiniz insanlara həsr edin. Ev işləri ilə məşğul olmaq mümkündür.

Dolça - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.

Praqmat olun. Emosiyalara əsir düşməyin.

Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq.

Yaşlı qohumlarınıza diqqət ayırın.

Axşam saatlarında həssaslığı unutmayın.

Balıqlar - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.

Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.

Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.
 

Milli.Az

loading...

Şərh yaz:

44 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Mart 00:02150

    Cümeniz mübarek olsun ! Amin Canlarim

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 Mart 08:4332

      Sizinle bahem can ciyer

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 Mart 09:0732

        Cox saq ol can-ciyer Var ol !

        Cavab yaz
      • Anonim
        Nurlana · 15 Mart 09:1321

        Salam Esram cox sagol bahem

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 15 Mart 09:2022

          Can Nurlanam sen de saq ol var ol !

          Cavab yaz
    • Anonim
      Ayinka · 15 Mart 11:1831

      Sizinde cumeniz MUBAREK olsun Esra baci

      Cavab yaz
  • Anonim
    Cavid · 15 Mart 00:0450

    Salam Sabahiniz xeyir dostlar necesiz kef ehvaliniz gununuz xos ve gozel kecsin insallah Amin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Mart 08:2533

      Coxxx saq ol Cavid men superem əlayam Bundan yaxsi ola bilmerem Pozitiv Gumrah ve xosbextem.

      Cavab yaz
      • Anonim
        Cavid · 15 Mart 09:2611

        Hemise super ol Esra can ela ol hemise sende bu gun toydasan hemise toyda subaylar cun olsun Amin

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 15 Mart 09:3421

          Cavid senin icin olsun Insallah cevabini oxudum Insallah seversen ne yasin var 22 nedi ki

          Cavab yaz
          • Anonim
            Cavid · 15 Mart 09:4521

            He Esra can yoxe menlik deyil qorxuram subay zordu vallah

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Mart 09:5701

              Qorxmaaa evlilik ondan da zordu Vallah ..

          • Anonim
            Cavid · 15 Mart 10:1211

            Hə nəbilime İnsallah yaxşı olar hələ subayam o vaxta olmesem inşallah gorəkdə

            Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 Mart 08:4421

      Sizinde savahnlz xeyr Cavid

      Cavab yaz
      • Anonim
        Nurlana · 15 Mart 09:2110

        Seninde sabahin xeyir, Cavid cox sagol bahem

        Cavab yaz
        • Anonim
          Cavid · 15 Mart 09:2911

          Necesen Nurka reqibim kef ehvalin Cako de olar

          Cavab yaz
      • Anonim
        Cavid · 15 Mart 09:2611

        Her vaxtin xeyir Ruslan bey

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Mart 00:1553

    Ebrunu da Sara Xatunu da urekden tebrik edirem Allah ovladlarin xosbext etsin Meleklerimi Öpürem uzun omur can saqliqi arzu edirem Vetene fexr edilen ovladlar olsunlar heyatin, valideynin, Vetenin qedir qiymetin bilen Gozel ovladlar olsunlar Tebriklerrr ..

    Cavab yaz
    • Anonim
      &&& · 15 Mart 08:4720

      Canım əsram çox sagol urəyim bacım,amin çox sagol gozəl dualı sozlərincin amin məndə ebru xanimi təbrik edirəm atasına anasına layiqli xeyirli ovlad olsun ən basda can saglıgı arzu edirəm,ozovladina nə arzulayırsa hamısının həyata kecməsini diləyirəm,bir ömür xoşbəxt olsun amin səndə bugun toydasan mənim yerimədə əylən həmişə toyda subaylarcun olsun Cavid, Harunpasa bəy,Arzu xanım,Nurkam siz üçün olsun amin

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 15 Mart 09:1510

        Cox sag ol

        Cavab yaz
      • Anonim
        Nurlana · 15 Mart 09:2010

        Cox sagol Ureyim Saram

        Cavab yaz
      • Anonim
        Cavid · 15 Mart 09:2711

        Cox sagol yerli Amin

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Mart 00:1756

    Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun sipsirin gozel Esra olsunnnn .

    Cavab yaz
  • Anonim
    Harlnpasa · 15 Mart 01:0841

    Sabanlz xeyr can ciyerler

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Mart 08:2624

      Sabahin xeyirrr can-ciyerrr.

      Cavab yaz
      • Anonim
        Nurlana · 15 Mart 09:1411

        Seninde sabahin xeyir,dostum

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 15 Mart 11:0720

          Prensess ve dostum cox sag olun

          Cavab yaz
  • Anonim
    &&& · 15 Mart 07:07100

    Salam Sabahınız xeyir canim dostlarim,cunkuşlarım toppuşlarım cücəm qədər çox sevdiyim arkadaşlarım həəəəə gəldik 15 marta bugun mən çox xoşbəxtəm çünkü mələyimin,minnacık bülbülümün bu gun ad günüdür,bu gun kefimi kimse bozamaz,bütün problemlərə inad çox xoşbəxtəm,bu gun mənim üçün çox özəldi,həyat çox gözəl di,sevin sevilin cıqqılı dostlarim,bülbül olun,qəfəsdə olmayın,xoşbəxt olun,mutluluk böylə bişey,sizi cox sevirəm ayyyyy mənim canlarim:):):) səf tutanlar şərhimdə polnu səf var mutlulukdan nə dediyimi bilmirəm sizi belə çox sevdim,öpürəm hamınızı bir daha qarsidan gələn Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm Mələyim Xoşbəxt ol,sənə up uzun ömür,can sağlığı,tərbiyəli, layiqli savadlı qız olmagı arzu edirəm amin xosbəxt ol cücüşüm 2 yaşın kutlu olsun hərşeyim amin Hörmətlə:❤️Sara Xatun❤️

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Mart 08:2752

      Amin bax beləəəə canim menim Mende seni coxxx hem dee lapp coxx isteyirem menim eziz bacim

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 Mart 08:4373

      Ebru ve Sara xanlmlar sizin evladlarlnlzl tebrik edirem uzun omur can sagllql arzulaylram

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 Mart 08:4573

      Ebru xanlm can ciyer dostum sirdaslm necesiniz hazlrllqlar gedirmi)))

      Cavab yaz
      • Anonim
        Nurlana · 15 Mart 09:1821

        Can ciyer dostun, yatib qalib:) ne vecine tortu men bishiriremde:)

        Cavab yaz
  • Anonim
    $$$. · 15 Mart 08:17120

    Həzrəti Mehdi ətirli Cuməmiz mubarək olsun ! Gunumuz xeyirlə , evlərimiz bərəkətlə , könullərimiz Allahın eşqi ilə döyunsun ! Amin !

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 Mart 09:1911

      Salam. Cox sagol $$$ xanim bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 Mart 09:2912

        Cox saq ol Dollar xanim var ol !

        Cavab yaz
  • Anonim
    $$$. · 15 Mart 08:20150

    Bu gun Ad gunu olan Sara xatun və Ebru xanımın övladlarını təbrik edirəm ! Ailənizə , Vətənimizə xeyirli , örnək övladlar olasınız!

    Cavab yaz
    • Anonim
      Cavid · 15 Mart 09:2821

      Salam dollar necesen ne var ne yox kef ehvalin Cume bayramin mubarek olsun salamatciliqdi

      Cavab yaz
  • Anonim
    $$$. · 15 Mart 08:44100

    Biz Səni görmədən sevdik , Ya Rəsulullah ! Sən də bizləri sevdiklərindən bil !

    Cavab yaz
  • Anonim
    $$$. · 15 Mart 08:45100

    Uca Rəbbimin Rəhməti biz insanların gunahından böyukdur .Baqışla bizləri Ya Rəsulullah !

    Cavab yaz
  • Anonim
    Nurlana · 15 Mart 09:12121

    Ebrushum ve Saram canlarim bu gun sizincun cox gozel gundur,ovladlarinizin ad gunudur. Mende bu gozel gun munasibetile urekden tebrik edirem. Allah uzun omur can sagligi versin o gul balalarimiza,onlarin xeyir ishlerini goresiz canlarim,boyuk qiz olsunlar. Xalasi onlari maac eleyir cucelerimi:)

    Cavab yaz
    • Anonim
      Cavid · 15 Mart 09:3272

      Mende bu gun Ebru ve Sara Xatunu tebrik edirem ovladlarin ad gunlerini onlara uzun omur can sagligi arzulayiram Allah saxlasin balalarin xeyir islerini gorun insallah Amin bir daha tebrik edirem Cako

      Cavab yaz
  • Anonim
    Nurlana · 15 Mart 09:30140

    İlk baharım ilk yazımsan Bəxtimdəki ulduzumsan Mənim şirin avazımsan Gülüm, ad günün mübarək!Gözəllikdə yoxdur tayın Cəmalındır günüm ayım Məhəbbətim, sevgi payım Gülüm ad günün mübarək, Ad günün , şad günün Gülüm ad günün mübarək! Ebrushumun ve Saramin ponciklerine xalasinnan mahni:)

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Mart 09:5944

    Ne ise canlarim can-ciyerlerim Həzarat vaxtdi men cixiram ve sizleri Marciltiynan öpürem Ezizlerim men bu gün ve sabah olmayacam gece 12-e qeder gelsem Qorosqopa yazaram Amma seher 8 de iclasdayam gunortada basqa yerdeyem sabah axsama goruserik Bazar günü de Sorqoqal bisirecek mamam orda komek edecem Menden bu kadarrr Seq selamet gelim İnsallah goruserikkkk Canlarimmmm

    Cavab yaz
    • Anonim
      Cavid · 15 Mart 10:1520

      ESRA sağ salamat ESRA can sənin bu şərhini cox bəyənirəm yenə güldüm mamaynan İnşallah gorusərik sağ salamat

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.