Cəmiyyət

Günün qoroskopu: Bəzi problemlər göründükləri qədər ağır və təhlükəli deyil

7 Mart 2019 00:01
32 Şərh     Baxış: 10 277

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - son hadisələr, alınan məlumatlar perspektivləri düşünməyə, prioritetləri dəqiq müəyyənləşdirməyə zərurət yaradır. Ünsiyyəti minimuma endirin. Təhlil üçün əlverişli şərait yaradın. Fəaliyyət sahənizi qaydaya salın. Rutin saydığınız məqamlar cari durumu aydınlaşdırmağa imkan verəcək.

Günün ikinci yarısında seçimdə yanılmayın. Diaqnostika, müayinə, profilaktiki tədbirlərə başlamaq üçün yaxşı zamandır. Pəhrizi unutmayın.

Şəxsi münasibətlərdə qayğıkeş olun. Yardımlarınızı əsirgəməyin. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.

Buğa - istədiyiniz yox, vacib olan işlə məşğul olun. Fəaliyyət müstəvisində qayda yaradın. Yaxınlarınızın tapşırıq və xahişlərini yerinə yetirin. Belədə münasibətlərin ümumi fonu yaxşılaşar. Sizə yardım etmək istəyən insan var.

Günün ikinci yarısında əlavə gəlir və ya hədiyyə ola bilər. İrəliləyiş üçün fəallaşmağa ehtiyac duyulur. Yaxınlarınızı qayğı, diqqətlə sevindirin.

Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Əkizlər - ən kiçik, ilk baxışdan önəmsiz təsir bağışlayan hadisələrdə diqqətli davranın. Təfərrüatları nəzərdən qaçırmayın. Ev işlərini bitirməyə, məişət qayğılarını nizamlamağa vaxt ayırın.

Günün ikinci yarısında ideyalarınızı və ya yeni fikirlərinizi tərəfdaşlarla paylaşa bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. Axşam saatlarında romantikaya qapılmayın, praqmat olun. Dostlarla təmaslarda rasionallığa üstünlük verin.

İllüziyalara qapılaraq kobud səhvə yol verməyin.

Xərçəng - işlərinizi rasionallaşdırın. Məntiqlə davranın, qərarlarınızın ağıllı olmasına can atın. Detalları saf-çürük edin. Aldığınız məlumatı təhlilə uğradın. Yalnız bundan sonra yeni məqsədləri müəyyənləşdirmək olar.

Alış-verişə yollanmaq olar.

Günün ikinci yarısında təmasların sakit, konstruktiv olması gərəkdir. Münasibətlərdə harmoniyaya can atın.

Axşam saatlarında normal istirahət edin.

Şir - işlərinizdə səhman yaradın, başlanmış prosesləri səhmana salın. Təsərrüfatda gərəkli məhsulları alın.

Heç bir işdən çəkinməyin. Yaxın gələcəklə bağlı planlarınızı müzakirə edin, danışıqlar aparın. Yaxınlarınızla məsləhətləşə bilərsiniz. Praktiki mənaya malik ideyalar istisna deyil.

Axşam saatlarında səhhətinizin qeydinə qalın, normal istirahət edin. Stressdən qurtulmağa çalışın.

Qız - təşkilatçı olun, problemlərin çözümündə liderlik edin. Səlahiyyətləriniz arta bilər. Əlavə işlər və tapşırıqlar olacaq. Bununla belə, az işləyib çox qazanmağın yollarını düşünün.

Özünüzə və başqalarına qarşı iradlarınız artmasın.

Təxirə saldığınız, unutduğunuz məsələləri günün ikinci yarısında xatırlayın. İnformasiya mənbələrini yeniləyin, münasibətlərdə dönüş yaradın. Aldığınız mal və məhsula qiymətindən artıq pul ödəməyin.

Tərəzi - günün ilk yarısında etibarən yaranan problemlər nə qədər ağır və mürəkkəb olarsa, onları çözməkdə o qədər aktivlik nümayiş etdirin. Kreativ davranın. Lakin başqalarının əvəzinə işləməyin. Belədə ifrat yorğunluq və bihallıq istisna deyil.

Günün ikinci yarısı yaradıcılıq, dostlarla ünsiyyət, görüşlər üçün pis deyil. Xərclərinizin həddini bilin. Şəxsi münasibətlər üçün yaxşı zamandır. Cüzi təfərrüatları şişirdib keçilməz sədlərə çevirməyin. Qayğıkeş və səmimi olun.
 

Əqrəb - yaxın ətrafınızdakı insanla dil tapmağa çalışın. Qarşı tərəfin emosional durumunun incəliklərinə fikir verin. Əks təqdirdə ən cüzi səbəblərə görə iradlarla qarşılaşacaqsınız. İfrat tələbkarlıq ümumi işin ziyanınadır.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Kiməsə "həyatı anlatmaq" fikrinə düşməyin. Maraqlandığınız işə başlayın. Proses yarımçıq qalmamalıdır.

Axşam saatlarında alış-verişə yollanmaq olar.

Oxatan - proseslərə süni təkan vermək əvəzinə yaşananları diqqətlə müşahidə edərək lazımi nəticələr çıxarın. Gərəkli anda lazımi yerdə olmağı bacarın. Yardım və yaxşı məsləhət istisna deyil. Ümumi işi həmfikir və ya tərəfdaşlarla birlikdə bitirmək olar.

Günün ikinci yarısında qrup fəaliyyəti pis alınmayacaq. İşgüzar münasibətlərdə romantik hisslərə yer olmamılıdır.

Yaxın gələcəklə bağlı perspektivləri müzakirə edin. Sevdiyiniz insanla söhbət zamanı hisslərə qapılmayın, aqressiv olmayın.

Oğlaq - bir qədər aktiv çalışın, yaranan şanslardan maksimum istifadə edin. Gün ərzində sürprizlər az olmayacaq. İnformasiya mübadiləsi və ünsiyyətdə tapıntılar istisna deyil. Ev işləri ilə məşğul olmaq niyyətiniz varsa, çətinlikləri tələsmədən aradan qaldırın.

Günün ikinci yarısında səfər və ya uzaq yol istisna deyil. İnternetdə məlumat arayırsınızsa, vaxtınızı mənasız işlərə sərf etməyin. Real və ya virtual təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Dolça - maliyyə məsələləri və yaxın gələcəklə bağlı tələsik qərar verməyin. Situasiyada dəyişikliklər olacaq. Uzun müddətdən bəri, zəhmətlə hazırladığınız planlara yeniliklər edin. Önəmli tədbiri, görüşü və ya danışıqları ertələməyiniz məsləhətdir.

Günün ikinci yarısında hadisələrin axarı istədiyiniz kimi olmayacaq. Təsəvvürləriniz dəyişə bilər. Yaşananların laqeyd, apatik müşahidəçisi olmayın. Bəzi problemlər göründükləri qədər ağır və təhlükəli deyil.
 

Balıqlar - günün ilk yarısından etibarən güzəştlərə meylli olsanız, bir sıra mövqelərinizi itirə bilərsiniz. Qərarların qəbulundan bilərəkdən yayınmayın. İradəli və qətiyyətli olun. Güclü insan təsiri bağışlayın. Yaranmış situasiyanı təhlil etmək üçün aramla davranın.

Sizi indiyədək narahat etmiş məsələlərə günün ikinci yarısında cavab tapa bilərsiniz.

Müxtəlif mənbələrdən məlumat almağa çalışın. Yazışmanı bərpa edin. Axşam saatlarına dostlarla görüşmək, qonaq getmək, qonaq qəbul etmək olar. Təmir və yaşam arealında qayda yaratmaq üçün yaxşı zamandır.

Milli.Az

loading...

Şərh yaz:

32 Şərh:

  • Anonim
    DDD · 7 Mart 00:0431

    Salam AZERBAYCAN SALAM GOZEL İNSANLAR SALAM OLSUN YENİ GUNE. OMURDEN BİR GUNDE GETDİ

    Cavab yaz
    • Anonim
      Nurlana · 7 Mart 09:5300

      Aleykum,Salam

      Cavab yaz
  • Anonim
    Cavid · 7 Mart 00:0510

    Salam sabahiniz xeyir dostlar necesiz kef ehvaliniz gununuz xos ve gozel kecsin insallah

    Cavab yaz
    • Anonim
      Nurlana · 7 Mart 09:5310

      Salam. Cox sagol Cavid reqibim:) necesen?

      Cavab yaz
  • Anonim
    DDD · 7 Mart 00:0702

    __/\/\/\_|||||

    Cavab yaz
  • Anonim
    Harlnpasa · 7 Mart 00:1130

    Salam can ciyerler gununuz pozitiv olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 7 Mart 09:5130

      Salam. Cox sagol can dostum bahem. Necesen?

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 7 Mart 10:3030

        Sag ol ureyim yaxslyam sen necesen yoxa clxmlsan gozel tonqal meselesi))

        Cavab yaz
        • Anonim
          Nurlana · 7 Mart 10:4530

          Yaxci ol ezizim. Mende yaxciyam sag ol. Tonqal meselesi:)) deyil. Ad gunun de idim dunen ona gore yazmadim. Sen neynirsen? Vetendesen? Qubada hava necedir?

          Cavab yaz
          • Anonim
            Harlnpasa · 7 Mart 10:5710

            Qubadayam hava kuleylidi hemse ad gununde hemde yaxsl ol gozel kimin ad gunu idi)

            Cavab yaz
            • Anonim
              Nurlana · 7 Mart 11:0800

              Cox sagol canim. He burdada hava bulutludu:). Sinif yoldashimin ad gunu idi:)

  • Anonim
    kama · 7 Mart 08:4010

    günümüz xetili olsun.

    Cavab yaz
  • Anonim
    $$$. · 7 Mart 09:1381

    Allahın salamı olsun hər kəsə .Sabahınız xeyir hörmətli şərhcilər. Gunumuz uqurlu , ruzulu kecsin. Tələbələrə zehin acıqlıqı arzulayıram.

    Cavab yaz
    • Anonim
      Nurlana · 7 Mart 09:5210

      Salam. Sizinde sabahiniz xeyir olsun,Cox sagol bahem.

      Cavab yaz
      • Anonim
        $$$. · 7 Mart 10:4020

        Salam Nurlana xanım . Necəsiniz ? DDD, CAVİD, KAMA xanım hamınızı salamlayıram. Harlnpaşa Siz necəsiniz? Hamınıza bu ətirli yaz gunlərində uqurlar !

        Cavab yaz
        • Anonim
          Arzu · 7 Mart 10:5020

          Salamlar hamıya gunumuz ugurlu xoş kecsin allah can saglıgı versin hamıya

          Cavab yaz
          • Anonim
            Cavid · 7 Mart 10:5510

            Salam sabahın xeyir can ARZU necəsən nə var nə yox kef əhvalın salamatçılıqdı sənədə can sağlığı uzun omur can ARZU can

            Cavab yaz
          • Anonim
            Harlnpasa · 7 Mart 10:5900

            Sslam Arzu xanlm sizinle bahem

            Cavab yaz
        • Anonim
          Cavid · 7 Mart 10:5010

          Salam sabahın xeyirli olsun dollar necəsən kef əhvalın sənədə dərslərində uğurlar doolar xanım

          Cavab yaz
          • Anonim
            $$$. · 7 Mart 15:4101

            Cavid bəy təşəkkurlər. Hər şey yolunda , cox saq olun. Sizə də dərslərinizdə uqurlar .

            Cavab yaz
        • Anonim
          Cavid · 7 Mart 10:5420

          Kaybettiklerimi belki özlerim ama vazgectiklerimin hiç şansı yok

          Cavab yaz
        • Anonim
          Harlnpasa · 7 Mart 10:5900

          Sag ol yaxslyam sizide saamlaylram

          Cavab yaz
  • Anonim
    Nurlana · 7 Mart 11:0710

    Salam $$$ xanim cox sagol yaxciyam,siz necesiz?

    Cavab yaz
    • Anonim
      $$$. · 7 Mart 15:4200

      Nurlana xanım cox saq olun. Xətriniz əziz olsun. Soruşduqunuza görə təşəkkurlər . Şukur salamatcılıqdır.

      Cavab yaz
  • Anonim
    Nurlana · 7 Mart 11:0910

    Cavid bey sizden neyi var incidim aaa xeberin olsun:(

    Cavab yaz
    • Anonim
      Cavid · 7 Mart 11:1610

      NİYƏ neynədimki hə

      Cavab yaz
  • Anonim
    Nurlana · 7 Mart 11:4523

    Ay Esra canim hardasan? Niye yazmirsan?

    Cavab yaz
    • Anonim
      Cavid · 7 Mart 11:4800

      Nurlana niyə incimisən məndən

      Cavab yaz
      • Anonim
        Arzu · 7 Mart 13:0810

        Şükür yaxşıyam sen necesen Cavid twk edirem xoş sozlere göre

        Cavab yaz
      • Anonim
        Arzu · 7 Mart 13:0910

        Twk edirem şşş sizinle bahem

        Cavab yaz
  • Anonim
    $$$. · 7 Mart 15:4421

    Ebru xanım , Zəhram hardasınız? Zəhranı bilirəm , dərslərilə əlaqəli vaxtı yoxdur. Bəs Ebru xanım Siz niyə yazmırsınız? Necəsiniz , mələkləriniz necədir ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.