Cəmiyyət

Bərdə sakinindən narkotik vasitələr, odlu silah və saxta əsginaslar götürülüb

23 Fevral 2019 21:11
0 Şərh     Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə şəhər sakinindən narkotik vasitələr, müvafiq sənədləri olmayan odlu silah və saxta əsginaslar aşkar edilərək götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daxil olmuş məlumat əsasında Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini S.Salmanzadənin evinə baxış zamanı 170,49 qram heroin, 11,01 qram tiryək, 19,79 qram marixuana, 63 ədəd çətənə toxumu, 30,86 qram metamfetamin, 8,39 qram metadon, 2,24 qram kalsium-permanqanat, 10 ədəd tramadol həbləri, 2 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngləri, 18 ədəd müxtəlif çaplı patron, 1 ədəd 100, 1 ədəd 50, 1 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.