Cəmiyyət

Munira Subaşiç: "Martın 9-da BMT-nin konfransında bildirəcəm ki, dünya indiyə qədər Xocalı soyqırımını tanımayıb" - FOTO

23 Fevral 2019 20:02
1 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xocalı soyqırımında öz əzizlərini itirmiş Azərbaycan anaları və qadınları faciənin tanınması məsələsində birləşməli, həqiqətə və ədalətə nail olmalıdırlar".

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri jurnalistlərə "Srebrenitsa Anaları" təşkilatının prezidenti Munira Subaşiç bildirib.

"Biz problemimiz haqqında bütün instansiyalarda danışırdıq. Bu gün səsimizi bütün instansiyalarda eşitdilər - Haaqa tribunalında, bütün beynəlxalq məhkəmələrdə. Biz susmuruq, hər yerdə Srebrenitsa soyqırımı haqqında danışırıq", - deyə M.Subaşiç bildirib.

O, vurğulayıb ki, faciənin gedişatında 10,6 mindən çox insan həlak olub, onların 500-dən çoxu qadınlar və uşaqlardır.

Təşkilat prezidentinin sözlərinə görə, onun özü faciənin gedişatında yaxınlarını - ərini, oğlunu, qaynını, üç qardaşını, iki bacısını, bütovlükdə 22 qohumunu itirib.

"Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və biz Azərbaycan qaçqınlarına rast gəlirik, biz Xocalını faciəmizlə müqayisə etdik. Həmin faciə, həmin ağrı, həmin cinayət. Yeganə fərq ondadır ki, biz faciəmizi sübut etməyə nail olduq, bütün dünya qəbul etdi ki, soyqırım törədilib", - deyə təşkilatın başçısı vurğulayıb.

O, Xocalıda doğmalarını itirmiş anaları və qadınları susmamağa, özlərində güc tapmağa və həqiqətə şahidlik etməyə çağırıb.

"Martın 9-da BMT-nin Srebrenitsa soyqırımına həsr edilmiş konfransında iştirak edəcəyəm. Konfransın gedişatında mütləq bildirəcəm ki, Azərbaycana baş çəkdim, Xocalı faciəsi ilə yaxından tanış oldum, və göstərəcəm ki, dünya Xocalı soyqırımını indiyə qədər tanımayıb", - deyə M.Subaşiç qeyd edib.

O, Xocalı soyqırımının tanınması üçün analara və qadınlara qeyri-hökumət təşkilatları yaratmağa kömək etməyi məsləhət görüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.