Cəmiyyət

Xoşqədəm Hidayətqızı məhkəməni uddu - Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək

23 Fevral 2019 16:57
7 Şərh     Baxış: 6 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb.

Milli.Az bildirir ki, bu barədə Bizimyol.info saytına Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev məlumat verib. O qeyd edib ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir. Vəkil qeyd edib ki, onlar məhkəməyə şairə Nazilə Səfərlinin(Cəfərova) bir sıra saytlarda "Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün", eyni zamanda özünün istifadə etdiyi instaqram sosial şəbəkəsində Xoşqədəm Hidayəqqızının efirdə dediyi fikirləri təhrif edərək "Xoşqədəm dövlətin əleyhinə gedir", "Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır", "Xoşqədəm verilişin adını dəyişib axırıncı yol qoysun" başlıqlı açıqlamaları ilə bağlı müraciət edib. Nəticədə məhkəmədə bu ifadələrin təhqir və böhtan olduğu, ekspertizanın verdiyi rəylə həmin sözlərin təhqir və böhtan xarakterli şərəf və ləyaqətə xələl gətirən ifadələr olduğu məlum olub. Bu əsasla Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin çıxardığı qətnamə ilə Xoşqədəm Hidayətqızının xeyrinə qərar verilib. Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etməsi ilə başlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.