Cəmiyyət

Günün qoroskopu: Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız

3 Mart 2019 00:01
46 Şərh     Baxış: 5 938

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.

Həmkarlarınız və dostlarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heç cür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür.

Buğa - pis zaman deyil. Bəxtiniz gətirir. Hadisələr gözlənilmədən uğurlu inkişaf edəcək və siz bundan yararlanmaq imkanını əldən verməyəcəksiniz. İşdə uğur qazanmaq ehtimalı böyükdür. Yeni iş tanışlıqları şansı yaranacaq.

Günün ikinci yarısında sizin üçün dəyərli insandan vacib və xoş xəbər alacaqsınız. Günortadan sonra valideynləriniz və övladlarınızla ünsiyyət üçün münasib vaxtdır.

Əkizlər - məramlarınız və hədəfləriniz dəyişə bilər. İdeya baxımından kasadlıq hiss olunmur. Təşkilati məsələlərlə bağlı problemlər yaranarsa, çevik tərpənin. Nəzərdə tutduğunuz işləri başa çatdırmaq üçün qüvvə, vəsait və ya diqqət çatışmazlığı istisna deyil. Yarımçıq işlərdə süni təkanlar və ya gərəksiz sürətlənmələr işin zərərinədir.

Günün ikinci yarısnıda taktikanızı yeniləyin. Baş verənlərə münasibətiniz təki, planlar da ən son məqamda dəyişə bilər. Tərəfdaşlarla şəriklərin davranışlarını aşkar şərh etməyin. Hissləriniz və gözləntiləriniz sizi aldada bilər.

Axşam saatlarına yaxın işgüzar aktivliyinizi bir qədər azaldın. Cari situasiyanın diqtə etdiyi məqamları qulaqardına vurmayın.
 

Xərçəng - geniş miqyaslı işə başlayırsınızsa, vəziyyətin ağırlaşması istisna deyil. Aktivliyinizi azaltmağa çalışan, sədlər və maneələr yaradan insan var. Dürüst istiqamətdə hərəkət etdiyinizə əmin deyilsinizsə, problemləri mərhələli şəkildə, tələsmədən həll edin. "Şər deməsən, xeyir gəlməz" deyimini unutmayın.

Günün ikinci yarısında alacağınız xəbər əhvalınızı korlamaqla yanaşı, fəaliyyətinizə də mənfi təsir edə bilər. Yaxınlarınızdan biri ürəyinizə dəyə bilər. Ənənəvi təmaslarla müqayisədə daha ciddi nəticələr əldə etməyə imkan verən danışıqdan yayınmayın. Dəyişikliklər və yeniliklər üçün yaxşı zamandır.

İfrat azadlığa can atmayın, çevriliş arzulamayın. Əlaqələri normallaşdıraraq planlarınızın dəstək almasına can atın.

Şir - ciddi, əhəmiyyətli işə başlamaq üçün qətiyyətli olun. Tərəddüd etməyin, iradəli davranın. Fikriniz cari işlərdən uzaqlarda olmasın. İllüziyalara qapılmayın, fantaziyanın köləsinə çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədin reallıq səviyyəsini saf-çürük edin.

Günün ikinci yarısında şəxsi münasibətlərə xüsusi fikir verin. Perspektivləri, qüvvələr nisbətini, durumunuzu dəyərləndirməyə imkan verə biləcək məlumat alacaqsınız. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Xüsusi impuls saydığınız məsləhətə çox inanmayın.

Qız - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Tərəzi - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.

Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi onlarla bölüşməyə hələ tam hazır deyilsiniz. Unutmayın ki, uzaq səfərlərə səhər saatlarında yollanmaq məsləhət deyil. Bunun üçün ən yaxşı vaxt günortadan sonradır.

Başladığınız işi yarımçıq qoymayın.

Əqrəb - günün ilk yarısında baş verəcək fors-major situasiya cari məsələlərin həllinə, öhdəliklərin yerinə yetirilməsinə mane ola bilər. Fəaliyyətinizin məhsuldarlığı durumdan tam asılı olmamalıdır. Gərəkli nəsnələr yaxınlıqdadır, əlçatandır. Yaxın ətrafınızdakı insanlarla təmaslar zərurət həddindən kənara çıxmamalıdır.

Günün ikinci yarısında aldığınız məktublara cavabları gecikdirməyin. Axşam saatlarında istirahət edin. İnternetdə yazışma, informasiya axtarışı maraqlı nəticələr verə bilər. Kompüter və ya noutbukun təmiri, apqreyd, ağır fiziki iş məsləhət deyil.

Oxatan - bir yerdə durmasanız, süst davranmasanız, əməyinizin bəhrəsini görəcəksiniz. Kefinizi kökəldəcək hadisələr yaşana bilər. Güzəşt, kompromis zamanıdır. Nəzərdə tutulmamış olay fəaliyyət planlarını poza bilər. Yeni işlərə başlamayın, ifrat təşəbbüskar olmayın.

Bir zamanlar kömək etdiyiniz insan günün ikinci yarısında yanınızda olacaq. Onunla birlikdə çalışaraq işləri tamamlaya bilərsiniz. Başqasının da maraqlarının aşkar sezildiyi situasiyaya açıq təsir etmək üçün münasib zaman deyil.

Axşam saatlarını özünüzə həsr edin.

Oğlaq - Hər şey yaxşı gedir. Amma çox yavaş. Hadisələrin daha sürətlə cərəyan etməsini istəsəniz də, buna nail ola bilməyəcəksiniz. Günün əvvəli yaradıcılıq fəaliyyəti üçün münasibdir. Sizin ideyalarınız son dərəcə yaxşıdır. Amma onları layiqincə qiymətləndirməyi hamı bacarmır. Günün ikinci yarısında hesab işlərində səhvlər, maddi itkilər mümkündür.

Günün ikinci yarısında maraqlı tanışıqlıqlar üçün xeyli imkanınız olacaq. Amma intuisiyanız ciddi münasibətlərin başlayacağına bel bağlamamağı məsləhət görür və yanılmır.

Dolça - ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.

Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük dayağınızdır.

Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.

Balıqlar - günün ilk yarısında hansısa nəticəyə nail olmaq üçün maksimum səy göstərmək lazım gələcək. Bir az zəiflik kifayətdir ki, uğursuzluqlar üzərinizə gəlsin. Alın təri ilə işləməli olacaqsınız. İş mühitində ciddi münaqişələr mümkündür.

Günün ikinci yarısında, təəssüf ki, ehtiyacınız olan dəstəyi yaxınlarınızdan ala bilməyəcəksiniz. Günün sonunda bir qədər istirahət etmək üçün özünüzlə baş-başa qalmaq istəyəcəksiniz.

Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
 

Milli.Az

loading...

Şərh yaz:

46 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 00:02430

    Bazar gününüz uqurlu olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 00:034782

    Stataus-Mene ikiüzlüsən deyirdin Gel birini verim sənə , sən də üzsüzzlükden eziyyet cekme !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 00:044582

    Status-Bu heyatda dost vefali, yar sevdalı olsun yetər insana !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 00:064484

    Status-Men xristian olkesinde qerib bir müselman , sense hesret qalan bir Azan səsimsən !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 00:064385

    Status-Evvel-evvel ne yaxsi ki varsan dedi , sonralar cehennem olub getdi !

    Cavab yaz
  • Anonim
    Ayinka · 3 Mart 00:06111

    Geceniz xeyre qalsin, Her acilan seherimiz ugurlu olsun Amin!!!

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 00:074181

    Geceniz xeyre qalsinnn yuxunuz bal Esra olsun eziz serhciler canlarim !

    Cavab yaz
  • Anonim
    DDD · 3 Mart 00:4446

    METRODA BİR QOCA SORUSDU MENDEN. GENCLİYE NECE GETMEK OLAR BALA DEDİM Qocaligdan gencliye. Hele metro cekilmeyib baba Baxib gulumsedi xeyala daldi Sonra koks oturdu biısen ne qeder Dedi eh qocalig yaxsi olsaydi Adina bir metro duzelderdiler

    Cavab yaz
    • Anonim
      Arzu · 3 Mart 08:2550

      Salamlar sabahınız xeyire doslar bacılar günümüz ugura acılsın

      Cavab yaz
  • Anonim
    DDD · 3 Mart 01:0790

    YAXSİ BAXİN BİLİN ATA ANANİN QİYMETİNİ. SAXLAYİN HEMİSE HORMETİNİ. YAXSİ BAXİN QEYD EDİN 80YASİNİ SORADAN OPUB QUCAGLAMAYİN BAS DASİNİ. ATASİZ BİR OVLAD DİNİB GULMEZ DEYRDİM MENİM KİMSE QEDDİMİ EYMEZ. FELEK SEN EYDİN QEDDİMİ ALDİN ATAMİ MENDEN. SORADA DEYRLER BEZDİM DAVUDUN GİLEYİNDEN. YASİM AZ OLSADA RUHUM QOCADİR. ATA SEN GEDENİ SENSİZLİK MENİ ACİDİR. GERİ GELMESSEN BUNU BİLİREM. AGLAYİB GOZ YASİ HER GUN SILİREM. ALLAHA HER GUN DUA EDİREM QOVUSDUR ATAMA QALA BİLMİREM

    Cavab yaz
  • Anonim
    DDD · 3 Mart 01:1880

    Xeyrli gunler dileyile Allah herkesi qorusun

    Cavab yaz
    • Anonim
      Arzu · 3 Mart 09:4820

      Amin amin DDD allah canımızı sag elesin salam xoş geldiz

      Cavab yaz
      • Anonim
        DDD · 3 Mart 10:1710

        Salam cox sagolun arzu xanim

        Cavab yaz
      • Anonim
        Cavid · 3 Mart 10:3412

        Salam ARZU cann necəsən nə var nə yox kef əhvalın necədi mən yaxşı deyiləm arada kovrəlirəm dərdimi kimə deyim bilmirəm ay ARZU

        Cavab yaz
    • Anonim
      $$$. · 3 Mart 10:3170

      Allahın salamı olsun hər kəsə. Hamının sabahı , gunortası xeyirli olsun . Uzunuz gulsun , gununuz xoş , şən kecsin. Bu gun imtahan verən şagirdlərə bol şanslar arzulayıram !

      Cavab yaz
      • Anonim
        Arzu · 3 Mart 10:5120

        Salam Cavid yaxşıyam cox sag ol kefim de ki helelik yaxşıdır sene ne olub niye gövrelirsen

        Cavab yaz
        • Anonim
          Cavid · 3 Mart 11:0320

          ARZU atam üşün darixirame ona gore kovrəlirəm

          Cavab yaz
      • Anonim
        Arzu · 3 Mart 10:5320

        Salam canım şşş senın de her vaxtın xeyir xoş geldin senle bahem canım ugurlu olsun imtahanları

        Cavab yaz
  • Anonim
    $$$. · 3 Mart 10:4531

    Sevimli qonşu uşaqlarımız Habil və Sənan ,bu gunki imtahanınız uqurlu olsun ! İnşallah orta məktəb məzunu olub , universitetə imtahan verəsiniz ! Qarşıda hələ iki iliniz var. Oxuyun , calışın , valideynlərinizin və öz zəhmətinizin bəhrəsini görəsiniz !

    Cavab yaz
    • Anonim
      Əsranur · 3 Mart 11:24183

      :))))))Habil,Sənan,mən də sizə,hətta,sizin sağ qonşularınız Fatma və Məsməyə də uğurlar arzu edirəm.Habilin anasına uzun ömür,atasına can sağlığı,Sənangilə ağıllı qonşular arzu edirəm.

      Cavab yaz
      • Anonim
        $$$. · 3 Mart 12:56213

        Ay qoca nənə əl cək . Arxamca kölgə kimi surunmə. Gəncliyə paxıllıq etmə. Nə veribsən ala bilmirsən məndən ? Qocalar saytı təşkil edib orda fırlan .

        Cavab yaz
        • Anonim
          Dolara · 3 Mart 14:1362

          Dolar uşaq get derslərini oxu.süd içməyide yadan çıxarma. (Elnur)

          Cavab yaz
          • Anonim
            Elnura · 3 Mart 15:2200

            Dəstəyinə görə sag ol dollar bəy

            Cavab yaz
          • Anonim
            ) · 1413 · 3 Mart 17:1423

            esra-nurlu,ozun,ozune destek çıxma cahmat çoreyi agzına yeyir burnuna yox

            Cavab yaz
            • Anonim
              Əsranur · 3 Mart 17:4741

              Yalançının atasına lənət əgər mən Elnuramsa.Elnur,çox sağ ol.

        • Anonim
          Əsranur · 3 Mart 14:2392

          Ananla yaşam.Ananın saytını de,girim ora,balaca yarımarvad.Sənə borclu idim.Gələn dəfə öz tayını-7 uşaq saxlamış nənəmxanıma iliş:))))

          Cavab yaz
        • Anonim
          Əsranur · 3 Mart 14:2582

          O gəncliyi ki sən yaşayırsanaaa,ona ancaq Söylü kimisi paxıllıq edər:)))))

          Cavab yaz
          • Anonim
            Əsranura · 3 Mart 17:4500

            Nə baş verir?

            Cavab yaz
    • Anonim
      $$$. · 3 Mart 11:3130

      Savid bəy Sizin atanız rəhmətə gedib ? Allah rəhmət etsin ! Nur icində yatsın , Cavid bəy. Mənim də dayım rəhmətə gedib , hec yadımdan cıxmır .Onun da uc övladı var , hamısı universiteti bitirib , işləyirlər , amma hər gun ataları ucun aqlayırlar , anama zəng edib anamı da aqladırlar .Həqiqətən cətindir yaxın bir insanın itkisi. Allah rəhmət etsin butun ölənlərə ! Amin !

      Cavab yaz
      • Anonim
        Cavid · 3 Mart 11:5130

        Çox sağol dollar xanım ALLAH rəhmət eləsin dayina yeri cənnət olsun AMİN

        Cavab yaz
    • Anonim
      Arzu · 3 Mart 11:3320

      Can Cavid atan rehmete gedib ne olub

      Cavab yaz
      • Anonim
        Cavid · 3 Mart 11:5320

        Cann ARZU hə ATAM rəhmətə gedib heç atamın uzunu gorməmişəm mən dünyaya gəlmişəm sonra atam rəhmətə gedib

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 11:301420

    00 07 e serhine niye Disllike edirsen ay insafi olmayan məxluğsan sennn divsən Cinsən Şeytanın birisən eee sənnn 07 serhine niye edirsen yuxun heccc şirin olmasin ərşəyə cekilsen heccc geceleri yata bilmeyesen seni görümmm

    Cavab yaz
    • Anonim
      11.30 a · 3 Mart 12:533018

      Dilinden dushsun eteyine yapishsin seviyyesiz sherhci

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Mart 11:391214

    Men getdim seq olun selametlerle qalin axsamaa göruserik dəəəə

    Cavab yaz
  • Anonim
    $$$. · 3 Mart 11:4720

    Salam Zəhra xanım. Yazmasanız da mən Sizi hər gun yad edirəm , balaca , şıltaq Zəhra xanım .Dərslərinizdə uqurlar !

    Cavab yaz
  • Anonim
    $$$. · 3 Mart 12:0620

    Cavid bəy , inanın cox pis oldum. Allah Sizi qorusun ! Ananızın umudi , cıraqı olasınız ! Hər zaman ananız Sizinlə fəxr etsin !

    Cavab yaz
    • Anonim
      Cavid · 3 Mart 12:0920

      Amin dollar xanım çox sağolun təsəlliyə gore Allah sənidə qorusun dollar

      Cavab yaz
      • Anonim
        Arzu · 3 Mart 12:2930

        Cavid allah rehmet elesin can bilirem cetin di atasızlıq allah ömür böyu sebrinizi versin sizi ananıza cıraq elesin yaxşı övladsız merifetli ailede tek övladsız

        Cavab yaz
        • Anonim
          Cavid · 3 Mart 12:4320

          Can çox sağol ARZU yo bir bacım var

          Cavab yaz
      • Anonim
        $$$. · 3 Mart 12:3030

        Cox saq olun.

        Cavab yaz
        • Anonim
          Arzu · 3 Mart 14:4710

          He allah bacınızada uzun ömür versin bir birivize dayaq olun Cavid

          Cavab yaz
  • Anonim
    AZERBAYCANLI · 3 Mart 14:1421

    QARABAG BİZİMDİ BİZİM OLACAQ.(ELNUR)

    Cavab yaz
  • Anonim
    AZERBAYCANLI · 3 Mart 14:1511

    Yaşasın Azerbaycan xalqı

    Cavab yaz
  • Anonim
    AZERBAYCANLI · 3 Mart 14:1611

    Esranur xanım sen bu uşqamuşaqlar baş qoşma dolar uşaqdı hələ azdı yaşı :)))

    Cavab yaz
    • Anonim
      Əsranur · 3 Mart 16:0864

      Onda səhifələrdə uşaq-muşaqlara ilişsin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.