Cəmiyyət

Günün qoroskopu: Verdiyiniz vədləri, öhdəlikləri unutmayın.

2 Mart 2019 00:01
49 Şərh     Baxış: 5 495

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz.

Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər.

Axşam saatlarını təklikdə keçirməyə çalışın.

Buğa - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Köhnə dostlardan birinin məsləhətindən yararlanın.

Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun.

Əkizlər - yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın.

Günün ikinci yarısında yaxın ətrafınızdak insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin.

Xərçəng - planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin.

Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır.

Şir - yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz.

Günün ikinci yarısı kollektiv fəaliyyət üçün əlverişlidir. Birgə layihəyə başlayın. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız - günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək.

Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir.

Axşam saatlarını ailənizə həsr edin.

Tərəzi - maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın.

Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın. Çoxdan bəri görmədiyiniz qohumlarınızdan biri qonaq gələ bilər.

Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

Əqrəb - baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur.

Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər.

Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın.

Tərəfdaşla təmasları gərginləşdirməyin.

Oxatan - yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun.

Yeni əlaqələrin yaxşı perspektivləri var.

Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın.

Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar.

Rasionununuzu daha faydalı etməyə çalışın.

Axşam saatlarını açıq havada keçirin.
 

Dolça - günün ilk yarısında mövcud problemlərin həllinə başlayın. Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var.

Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir.

Verdiyiniz vədləri, öhdəlikləri unutmayın.

Balıqlar - informasiya axtarışı və yeni məlumatların əldə olunması üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın.

Günün ikinci yarısında kiçik təmir, yerdəyişmə zərurəti yaranacaq. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Ailədə sürəkli olaraq mübahisələr yaradan mövzulardan birinə qayıtsanız, güclü emosional diskomfort hiss edəcəksiniz.

Axşam saatlarında normal istirahət etməyə çalışın.
 

Milli.Az

loading...

Şərh yaz:

49 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 00:0351

    Sabahiniz uqurlu gözel olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 00:0359

    Status- Menim başımı qaşımağa vaxtım yoxdu, senin ise qaşımaqa başın yoxdu !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 00:0469

    Status-Qızlar yarpak dolmaya benzer , Yanlarinda mütlək qatığ olmalidi ha ha ha )

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 00:0558

    Status-Unutma dost !Bezi insanlar nağıl kimidi.Oxumak marağlı ve gözeldi İnanmak ise cox çətin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 00:0759

    Status-Ne qeder cetindir Sevib də sevmirem demek ,Görüb de görmezden gelmek ve Yasadiqini bilerek öldü demək !

    Cavab yaz
  • Anonim
    DDD · 2 Mart 00:0811

    22.11 .1985 menim burcum nedir indi

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Mart 08:3468

      Bürcün Oxatan, İlün Öküz

      Cavab yaz
      • Anonim
        DDD · 2 Mart 11:3101

        COX SAGOLUN MENDE BURCUMU BİLDİM SAYENİZDE DUZDU İNANMİRAM BELE SEYLERE YENEDE ALLAH RAZİ OLSUN

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 2 Mart 13:0711

          Siz saq olun.

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 08:4846

    Yene Sbahiniz xeyir olsun Canlarimmmmmm seheri gümrahhh vee pozitivv acaq ki, günümüzzde elə geçsin !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:1246

    Eyyyyy canlarimmmm durun daaaaaa sizi sesleyirem deeee tenbellerrr ay tenbellerrr ay tenbellerrrr qalkin yaaaaaa

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:1348

    Benim kedilerim deee durublar eeee myauuuu edirler eeee myauuuu myauuuu edirler eeeee

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:1848

    Bir dene verlis gedir orda bele deyireee -Azerbaycanda xoruz bele banlayir : Quqqqilii quuuuu Quqqqili quu Ruslarda bele banlayir : Kukkiri kuuu Kukkiri kuuu Xariclerde bele banlayir Kikkiri kiiii Kikkirri kiii,Bele deyir eee Qusar da nece banlayir beləəə: ğuğğulu ğuu ğuğğğullu ğuuu o biride bele deyir eee hee Fransada da o teherdi Qusarlilardan öyreniblerr)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:2639

    Mənnn bəbələrrr çimi ağlayacammm inğəəəə inğəəəə bunlarrr nösss celmirler heeeeee Mennnn çüsdümmmmmm ((((((((( Ühü ühü ühü ühüüüüüüü ((((

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:4538

    Çirkin ördek balasi cizgi filmi gedir maraqlidi veee aqlamalidi baxinnn (((

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:5228

      Sizzz şərhimi verince cizgi filmi qurtardiii daaaaa(((

      Cavab yaz
    • Anonim
      Cavid · 2 Mart 09:5705

      Sabahin xeyir canim ESRA necesen kef ehvalin men geldim can kusmede canim yaxsi seni cox isteyirem axi can

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 2 Mart 10:0038

        Ayyy Şükür Allahaaa hardasiniz heeee qalmisam Memmednesir kimi tekce nerd oynuyuram ))) Men yaxsiyammm ılayammmm sen necesennn kef ehvalll necedi ? Hava superdiii eeee

        Cavab yaz
        • Anonim
          Cavid · 2 Mart 10:0405

          Sukur icinde olasan can mende superem hava he ESL gezmeli havadi vaxt olsaydi bu gun gelerdim QARADAGA yayda gelerem senide gorerem meyxana deyecem Islama Devet

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 2 Mart 10:1223

            Gelersen İnsallah qonaq olarsannn

            Cavab yaz
            • Anonim
              Cavid · 2 Mart 10:1300

              Can Insallah

  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5220

    Salam

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:5618

      Eli müellim Salam daaaa necesinizz???

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5300

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~..696..~✭.✭.✭ BÖLÜM--Bürclərə görə saç rəngləri

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5410

    Qoç bürcü saç rəngi Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər. Buna görə qırmızı rəngi və tonları bu bürc qadınlarına çox yaraşacaq.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:5829

      Dübbedüzzz hem lider bürcem hem de qirmizi renginnn delisiyem qaraynan des olanda lappp xosuma gelirrr

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 2 Mart 09:5839

      Saclarim qehveyidi qirmizi deyil qirmizi qarderobumdaki geyimlerdi

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5410

    BUĞA bürcü saç rəngi: Buğa bürcü qadınları eşq həyatlarında sürprizlərə hazırdır. Dəyişikliyi və yenilikləri sevərlər. Diqqət çəkici bir rəng olan sarı və tonları bu bürcün seçimidir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5400

    ƏKİZLƏR bürcü saç rəngi: Əkizlər qadını hərəkətli və sosialdır. Ani dəyişikliklər onun üçün normaldır. Bu dəyişən ruh hallarıyla ağıllarına gələn bir rəngi dərhal saçlarına tətbiq edə bilərlər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5400

    XƏRÇƏNG bürcü saç rəngi: Hissləri yüksək və həddindən artıq romantik olan bu qadın daha soft rəngləri sevər. Xərçəng qadınlarının saç rəngi bal köpüyü, açıq qəhvə və tonlarıdır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5500

    ŞİR bürcü saç rəngi: Hər zaman lider olmağı yaxşı bacaran bu qadın işini çox sevir. İş həyatındakı monotonluq onu bir az qaraqabaq edə bilər. Quruluşu gərəyi ehtiraslı bir qadın olan şir bürcünün rəngi fındıq qabığı və açıq qumral.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5500

    QIZ bürcü saçların rəngi: Detalçı qız qadınının müvəffəqiyyətsizliyə və duyğusallığa dözümü yoxdur. Səhv qəbul etməyən bu qadının rəngi platin tonlarıdır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5510

    TƏRƏZİ bürcü saç rəngi: Bu qadın zövqlü, nəzakətli və qəşəngdir. Diplomatiktir və ünsiyyətdə olduqca müvəffəqiyyətlidir. Ətrafında olduqca diqqət çəkir. Ancaq özü şişirtməni sevmədiyi üçün onun rəngi qumral tonlarıdır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5500

    ƏQRƏB bürcü saç rəngi: Sirr və ehtiras dəyincə ağla ilk gələn bürcdür Əqrəb! Bu qadınlar nə istədiklərini yaxşı bilirlər. Ancaq qısqanclıqları həddindən artığa qaçsa işlər tərsinə dönə bilər. Onlar diqqət çəkməyi sevdikləri üçün qara və qırmızı onların rəngləridir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5500

    OXATANbürcü saç rəngi: Nəzarəti əlinə almağı sevən bu qadın verdiyi qərarların arxasındadır hər zaman. Fürsətləri dəyərləndirə bilir və yeniliklərə açıqdır. Xaricə dönük, macəranı sevən bu qadının rəngi tünd qumral.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5500

    OĞLAQ bürcü saç rəngi: Məntiqi ilə hərəkət etməyən bu qadın eşq həyatında çox düşünmədən hər şeyə bəli deyər. Romantizm və ehtiras onun üçün hər şeydir. Kişisinin ürəyini fəth etməyi sevən bu qadına qəhvə tonları uyğundur.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5610

    DOLÇA bürcü saç rəngi: Qeyri-adi zövqlərə sahib olan və üsyankar bir qadındır. Azadlığı hər şeyin üstündədir.Eşq cəhətdən çox şanslı olan bu bürcün qadınlarına tünd və parlaq qırmızı idealdır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 2 Mart 09:5600

    BALIQ bürcü saç rəngi: Romantika və hissləri qüvvətli olan bu qadın mübarizəni sevər. Çətinliklərin öhdəsindən gəlməyi bacarır. Sənətə düşgün olan balıqların ideal rəngi torpaq tonlarıdır.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 Mart 10:2527

    Canlarim men bir azdandan gelecemmm Gedim bir az neneme salam sabah edimmm gorummm papamgili gelimmm seq olunn selamet qalinnn gürüşürüzzz Moderummm seqqq olll ay moderummm :))))

    Cavab yaz
    • Anonim
      Ged ey · 2 Mart 10:45241

      ged . Gedişin uzunmuddətli olsun....

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 2 Mart 12:5035

        DiTDiii)))Gəlişimdede görüm sen birde buralara gire bilmirsen İnsalllahh Amin Allah

        Cavab yaz
    • Anonim
      Arzu · 2 Mart 10:4713

      Salamlar sabahınız xeyir doslar bacıllar gunumuz ugura acılsın salam canım esram xoş gördüm seni salam Cavid sabahın xeyir xoş gördüm seni de

      Cavab yaz
      • Anonim
        Cavid · 2 Mart 11:1212

        Her vaxtin xeyir Arzu can necesen kef evlanin necedi salamatciliqdi xos gunuve gelek insallah

        Cavab yaz
        • Anonim
          Arzu · 2 Mart 11:3302

          Şükür yaxşıyam üstüve saglıq birez başım agrıyır sen necesen kef ehval belede babat cox sag ol bahem sende xoş gününde iştirak edek inşallah

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 2 Mart 12:5620

            Canim Arzum men yaxsiyam Sukur Sen necesen kefin halin necedi ?

            Cavab yaz
  • Anonim
    Şemkirli · 2 Mart 14:3710

    SALAM DOSTLAR NECESİZ BİZİM KOHNE DOSLARDAN ESEMER NURLANA MEHRİBAN NECESİZ DOSLAR

    Cavab yaz
    • Anonim
      Nurlana · 2 Mart 15:5310

      Salam Yerli men yaxci sen necesen? Niye yazmirdin? Vetendesen?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 2 Mart 19:0800

        Salam Nurlana xanim cox sagolun siz necesiz he Men Şemkirdeyem he 3 gune gedecem insAllah

        Cavab yaz
        • Anonim
          Nurlana · 2 Mart 19:2400

          Yaxci olun. Cox sagol mende yaxciyam.Hemishe vetende. Coxdandi Vetendesiz? Ne tez gedirsiz:)InshAllah. Sag salamat gedin

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.