Cəmiyyət

Günün qoroskopu: Yarımçıq işləri başa vurun

1 Mart 2019 00:01
38 Şərh     Baxış: 8 767

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısından aktiv, enerjili olun. Qarşınıza çıxan bütün maneələri dəf edə bilərsiniz. Mövqeyinizi və istəklərinizi təmasda olduğunuz insanlara çatdırmaq üçün mürəkkəb sxemlər hazırlamayın. İşdə həmkarlar, rəhbərliklə münasibətləri korlamayın. İşgüzar tərəfdaşla yeni layihəyə başlaya bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar ideyalarınızı pis qarşılamayacaqlar. Ən çətin, məşəqqətli işlərin öhdəsindən gələ bilərsiniz. Rəqiblərlə bədxahları üstələmək üçün bütün vasitələrdən istifadə edə bilərsiniz.

Yaxınlarınızla münasibətlərdə yaranan mübahisəli situasiyalardan çıxış yolu tapmaq üçün təmkinli və səbrli olun. Ədaləti bərpa etmək istəyirsinizsə, mümkün qədər alicənab olun.

Buğa - Çətin işlərdən qorxmayın. Ətaləti və süstlüyü unudaraq aktiv çalışın. İkinci dərəcəli işlərə vaxt ayırmayın, bütün diqqəti əsas işə yönəldin. Alış-veriş uğurlu ola bilər. Aldığınız əşyadan razı qalacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərdə sakitliyə, harmoniyaya nail olmağa çalışın. Yaxınlarınız məsləhətlərinizə qulaq asacaqlar. Zərurət yaranarsa, onlar ilk yardım çağırışınıza səs verəcəklər. Axşam saatlarına yaxın işgüzar aktivliyi bir qədər azaldın.

Əkizlər - Ötənlərdə baş vermiş hadisələri yenidən təhlil etməyə çalışın. Belədə sizi narahat edən bir sıra suallara cavab tapa bilərsiniz. Riskli layihələrə qatılmayın. Düşünülməmiş addımlar və ya tələsik qərarlar arzuolunmaz nəticələr verəcək. Yalnız tam əmin olduğunuz situasiyada yeni işə başlayın.

Günün ikinci yarısında hadisələrin məcrasında dəyişikliklərə hazır olun. Sevdiyiniz insanla mübahisə etməyin. Axşam saatlarını birlikdə keçirin ki, bir-birinizi daha yaxşı anlayasınız. Enerji səviyyəniz yüksək olacaq.
 

Xərçəng - Ambisiyalarınız bundan sonrakı fəaliyyətiniz üçün yaxşı motivasiya ola bilər. Mövqelərinizdən geri çəkilməyin. Mühüm danışıqlar və önəmli müzakirələr aparmaq olar. Təcili qərar qəbul etmək gərəkdirsə, vəziyyəti yaxşı dəyərləndirin.

Günün ikinci yarısında sizə qarşı məkrli planlar quran adamı intuitiv olaraq müəyyənləşdirin.

Şirnikləndirici təkliflərə inanmayın. Yaxınlarınızın maliyyə yardımına ehtiyacları var ki, bu da sizin üçün əlavə xərclər deməkdir.

Axşam saatlarına yaxın özünüzü pis hiss etməyəcəksiniz. Başağrısı və yuxusuzluğa yol verməmək üçün gəzintiyə çıxın.

Şir - Bu günlə bağlı həddən artıq ambisioz və böyük planlar qurmayın. Belə layihələrin miqyası kiçik olmasa, onları reallaşdırmaq çətinləşəcək. Gecikmələr, təxirəsalmalar, kazuslar istisna deyil.

Eyni vaxtda bir neçə işlə məşğul olmağa can atmayın.

Günün ikinci yarısında maliyyə məsələlərində çətinliklər yarana bilər. Yaxınlarınız, qohumlarınız və ya dostlarınızdan biri ilə bağlı gözlənilməz xəbər alınacaq. Həmin məlumat fəaliyyət prosesinə təsir etməsin.

Axşam saatlarını rahat, sakit ortamda keçirin.

Qız - Heç bir səbəb olmadan təlaşa qapılmayın, nigaran qalmayın. İndiyədək sakit, indifferet yanaşdığınız məsələlərdən biri bu gün sizdə qeyri-adekvat reaksiyaya səbəb olmamalıdır. Əsəbləşməyin. Emosiyalarınıza hakim olun.

Günün ikinci yarısında yeni işə, sifarişin icrasına və ya layihəyə başlamaq olar. Şəxsi münasibətlərdəki problemlər yaxınlarınızla təmaslarınıza mənfi təsir etməməlidir. Maraqlarınızı kimsənin mənafelərinə qurban verməyin.

Qohumları narazı salmayın.

Tərəzi - Perfeksionist olmayın. Müəyyənləşdirdiyiniz standartlara cavab verməyən nə isə varsa, sizi ruhdan salmamalıdır. Ətrafınızdakı insanları unikallığınız, qeyri-ordinar olmağınızla heyrətləndirməyə çalışmayın. Ola bilər ki, məqsədinizə çatasınız. Amma bu, çox baha başa gələcək.

Şəxsi həyatınızda ideal münasibətlərə can atırsınızsa, yanıla bilərsiniz. Pərişanlığa səbəb ola biləcək qərarlar verməyin. Sevdiyiniz insanı "islah" etməyə, dəyişməyə can atmayın.

Belə cəhdlər ciddi qıcıq yarada bilər.

Əqrəb - Zəhmətkeş fəaliyyət və inad yaxşı nəticələr verəcək. Bədxərclik etməyin, pulunuzun qədrini bilin. Sayıq davranın. Əks təqdirdə vicdansız, ləyaqətsiz insanın məkrinin qurbanı ola bilərsiniz.

Günün ikinci yarısında şəxsi həyatınız ciddi dəyişiklik tələb edir. Yeniliklərdən çəkinməyin. Məsuliyyət və mənfi emosiyalar yükünü bir qədər azaldın. Mənasız, absurd təsiri bağışlayan əlaqəni kəsin, boş təmasları dayandırın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan - Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli zamandır. Yardım istəyən insana kömək edin. Ədalətli olun, münasibətləri kobudluq və qabalıqla korlamayın. Yaşama sevinin. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Sevdiyiniz insanla mübahisələrdə emosional olmayın, güzəştə getməyi bacarın.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla, dostlarla keçirin.

Oğlaq - İşlərinizdə qəfil, spontan irəliləmələr ola bilər. Uğurlar istisna deyi. Özünüzə qarşı ifrat tələblər irəli sürməyin. Yaxın ətrafınızdakı insanların maraqlarını və mənafelərini nəzərə alın. Karyeranızın, işlərinizin asılı olduğu insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında şəxsi həyatınızda dəyişikliklər olacaq. Görüşməyi arzuladığınız insanla qarşılaşa bilərsiniz. Axşam saatlarını normal istirahətə həsr edin.

Axşam saatlarını yaxınlarınızla keçirin.

Dolça - Ən müxtəlif işləri başa vurmaq üçün pis gün deyil. Zəhmətkeş olun, yaxşı işləyin. Ətrafınızda baş verənləri müşahidə edin. Heç bir məsləhət və ya göstəriş sizi yolunuzdan döndərməməlidir.

Yarımçıq işləri başa vurun. Tələskənlik edərək ümumi vurnuxmanın bir hissəsinə çevrilməyin.

Günün ikinci yarısında şəxsi həyatda harmoniya olacaq. Münasibətləri yaxşılaşdırmaq üçün yetərincə imkanlar var. Vəziyyətin potensialından maksimum istifadə edin. Yaxınlarınızdan və ya qohumlarınızdan biri ilə münasibətlərdə gərginlik yaranarsa, münaqişəni həll etməyə çalışın.

Axşam saatlarına yaxın enerji potensialınız yüksək səviyyədə olacaq.

Balıqlar - Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın.

Şanslarınızı əldən verməyin. Situasiyadan faydalanın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüst seçim etdiyinizə əmin olun.
 

Milli.Az

loading...

Şərh yaz:

38 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 00:0230

    Martimiz xos geldi! Cümemiz mubarek olsun Günümüzzz uqurlu olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 00:1228

    Status-Biri var idi Biri yox idi , diger biri gözü tox çox idi Hemen çox yoxa qalib geldi Yox eleeee ömrü boyu yoxdudaaaa .

    Cavab yaz
    • Anonim
      00:12 · 1 Mart 08:2460

      Bunu deyesen yuxulu olanda yazmisan)))))))))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 Mart 09:0037

        Həəəə basim uje komputere deyirdi mürgü vura- vura bunu cizmaqara etdim bundan evvelkin paxil moder vermediii )))

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 00:1738

    Eli muellim bu gün bürclerden 3-4 densin men yazimmmm daaaaa ((((

    Cavab yaz
  • Anonim
    Arzu · 1 Mart 00:1890

    Allah haqqımızda en xeyirli sabahları ac yaxşı insanlarla qarwılawdır iman quran sahibi olanlardan et salamlar hamıya

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Mart 08:5528

      Canim Arzu cox saq ol var ol Sene de Salam !

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 00:1959

    QOÇ-Cazibedar, aqilli , Gözel, terbiyyeli, medeni Ennn basda daaaa Lider bir bürc .

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Mart 12:3910

      Bu da mənəm dübbedüzdüüüü dübbedüzzz ))

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 00:20310

    Buğa-Yarasiğlı,aqilli,sadeeee

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Mart 12:3911

      Bu daaaa Canımdııı:)))

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 00:21410

    Xerceng-Yarasiqli, Savadli, Xeyirxah, Gözel qelbli, destekleyici,

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Mart 12:3811

      Bu atamdı)))

      Cavab yaz
  • Anonim
    $$$. · 1 Mart 07:5771

    Allahın salamı olsun hər kəsə !

    Cavab yaz
  • Anonim
    $$$. · 1 Mart 08:0270

    BU MUBARƏK CUMƏ GUNUNUN SAVABINA BİZLƏRİ QULLARININ ARASINA QAT ALLAHIM ! BİZLƏRİ COXSƏBREDƏN , COX ŞUKREDƏN QULLARINDAN SAY ! ÖMRUMUZ SEVDİYİN , RAZI OLACAQIN İŞLƏRLƏ (ƏMƏLLƏRLƏ) KECSİN ! SEVDİKLƏRİMİZİ BİZƏ BAQIŞLA ALLAHIM !!! AMİN! AMİN ! AMİN!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Mart 09:0012

      Amin !

      Cavab yaz
  • Anonim
    $$$. · 1 Mart 08:17120

    Allahım bu gunki Cumə gunun hörmətinə insanları kin - kudurətdən, fitnə - fəsaddan , bəzi zənənlərin şərrindən hifz et ! Ruzularımızı bol , uzumuzu gulər , bir - birimizə qarşı mehriban olaq ! Amin !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Mart 09:17510

    Status paxillara -Paxillik insani xosbextlikden mehrum edir.!

    Cavab yaz
  • Anonim
    АLEKS❤ · 1 Mart 09:2120

    Sabahınız xeyirli gününüz uğurlu cüməniz mübarək olsun.şərhlərimin az olmasına baxmayaraq (işlə əlaqədar)sizlərin dəyərli yazılarınızı oxuyuram layk edirəm.bu gün də Mart ayının ilk günüdü.bayramlar ayıdı.uğurlu olsun diləyi ilə ALEKS@

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Mart 09:3338

      Coxxx saq ol , var ol işinde uqurlar !.

      Cavab yaz
      • Anonim
        Cavid · 1 Mart 09:3904

        Sabahın xeyir canım ESRA necəsən kef əhvalın necədi salamatçılıqdı Cümə bayramın mübarək olsun can ESRA sən urəksən

        Cavab yaz
      • Anonim
        ALEKS❤ · 1 Mart 09:3906

        Esra xanım şərhləriniz o qədər mənalı və hərdən də sevincli güldürücü olurki...əhsən sözündən başqa söz tapmırsan.əhsən...əhsən sizdəki bu qədər müsbət enerjiyə...nə yaxşıki varsız.bürclər barədə əkizlərdən bir söz demədiz....yəqinki yazmısız veriləcək...sayğılarla ALEKS@

        Cavab yaz
        • Anonim
          Arzu · 1 Mart 10:2201

          Salam alanların bol olsun esra bacım xoş gördüm seni necesen

          Cavab yaz
        • Anonim
          Arzu · 1 Mart 10:2201

          Şşş eleyke salam xoş geldin

          Cavab yaz
          • Anonim
            Cavid · 1 Mart 10:2703

            Salam sabahın xeyir ARZU can necəsən nə var nə yox salamatçılıqdı kef əhvalın Cümə bayramın mübarək olsun can

            Cavab yaz
        • Anonim
          Arzu · 1 Mart 10:2411

          Aleks salam xoş geldiz amin hamının cümesi mübarek allah haqqımızda xeyirli günler yaxşı insanlar qarwılaşdırsın

          Cavab yaz
        • Anonim
          Arzu · 1 Mart 10:2501

          Salam Cavid xoş geldin sefalar getirdin buyur gec yuxarı başa

          Cavab yaz
          • Anonim
            Cavid · 1 Mart 10:3702

            Çox sağol ARZU can sən əslən haralısan baş üstə təzə havaya yazacaqsan

            Cavab yaz
            • Anonim
              Arzu · 1 Mart 10:5600

              He yazacam Cavid men qarabaglıyam

            • Anonim
              Arzu · 1 Mart 10:5700

              Yaxşıyam şükür Cavid sen necesen senle bahem allah hamıya can saglıgı versin sen harılısan

            • Anonim
              Cavid · 1 Mart 11:0102

              Yaxşı ARZU can

          • Anonim
            Cavid · 1 Mart 11:0701

            Yaxşı ol ARZU can həmişə mən əslən LƏNKƏRAN dosi yaşın neçədi mənnən boyuk olarsan

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 1 Mart 12:3315

              Cavid Salam indi geldim evde yox idim necesen kef ehval necedi ? Men əlayammm super bu gün olmayacam Semani gozleyirem gelsin gedek

            • Anonim
              Arzu · 1 Mart 12:4100

              Cavıd bey xanımnan yaş soruşmazlar beyden soruwallar amma sizin yawınız necedi

          • Anonim
            Cavid · 1 Mart 13:0900

            Baş ustə ARZU bəy deməsən lap sevinərəm olar

            Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 1 Mart 12:3427

          Aleks qardasim cox saq ol var ol oxuyan gozlerine saqliqqqq

          Cavab yaz
          • Anonim
            Cavid · 1 Mart 13:0802

            ESRA məndə əlayam can bu gün havaya yazmayacaqsan hə həmişə gəzməydə can

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 1 Mart 13:2024

              Teze hava gelib cixinca yazacam Semani gozleyirem dersden gelib gelmelidi hele gelmeyib bir azdan cixacam

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.