Cəmiyyət

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlar dərk etməlidir ki...

23 Fevral 2019 00:01
23 Şərh     Baxış: 7 288

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - aktiv, bir neçə istiqamətdə eyni vaxtda çalışmağı tələb edən gündür. Qəti addım atın, görüş, danışıq və ya qərarı təxirə salmayın.

İkinci dərəcəli işlərin hamısını təxirə salaraq sizə yeni mövqeyə çıxmağa imkan verən işlə məşğul olun.

Yaxın ətrafınızdakı insanlara işlərinizdən bəhs edə bilərsiniz. Əgər situasiya sizi işdə gec saatlara qədər saxlayırsa və ya hansısa tədbirdə iştirakınız tələb olunursa, bu barədə yaxınlarınıza mütləq məlumat verin.

Perspektivi nəzərə alaraq həyatınıza yeni imkanlar və əlaqələri əlavə edin. Yardım istəməkdən utanmayın, çünki sonradan həmin insana dəstək ola bilərsiniz.

Axşam saatları alış-veriş üçün əlverişlidir.

Buğa - hisslər məntiqi üstələməsin. "Qalmaq, ya getmək?" sualına cavab verməzdən əvvəl yaxşıca düşünün. Tələskənlik etməyin, avantürizmə qapılmayın. Yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin, onlarla sərt və aqressiv davranmayın.

Alış-veriş, imici yaxşılaşdırmaq üçün əlverişli gündür.

Kimsə sizə qayğı göstərirsə, minnətdarlığı unutmayın.

Yaşam məkanınızda dəyişikliklərlə bağlı çoxdankı planı reallaşdırmaq olar.

Axşam saatlarını dostlarla keçirmək məsləhətdir.

Əkizlər - estetik seçiminiz bu gün işgüzar sahədə də özünü göstərə bilər. Tapşırıq və ya qarşıya qoyulmuş məsələnin həllində yeni, estetik vasitəni tapmaq mümkündür.

Dostlar və xüsusilə də mümkün sponsorlarla əlaqələri genişləndirin. İşdəki uğur bu gün əlaqələr və həmin əlaqələrin sayəsində alacağınız informasiyadan asılıdır.

Nəyisə dəyişmək olar. Ən azı iş yerində masanın üzərindəki əşyaların düzənini...

Xəbərlərə, başlarının həyatındakı hadisələrə, rəqiblərin düşərgəsindəki yeniliklərə diqqət və maraq artır.

İlk baxışdan uğursuz təsir bağışlayan situasiyada uğur, qəfil uduş, problemin həllində diqqət və nəvaziş izharı ola bilər.

Axşam saatlarında istrahətdən həzz alın, dincəlin.

Xərçəng - hadisələr sürətlənir, onların emosional məziyyətləri və məzmunları zənginləşir. Gərəksiz təlaş və vurnuxmaya heç bir ehtiyac yoxdur.

İstənilən şəraitdə irəliləmək, istənilən problemi çözmək olar. Ən çətin vəziyyətdə belə, özünüzü itirməyin, ruhdan düşməyin. Pozulan hüquqlarınız və tapdanan haqlarınız uğrunda mübarizə aparın. Qorxaq, müti, taleyin qəzavü-qədərinə boyun əyən insan olmayın.

Əsas işdən ayrılaraq daha vacib məsələnin həllinə ehtiyac yarana bilər. Gərəkli məlumat, informasiya, əlaqələr, sizə yardım etməyə hazır insanlar peyda olur. Bir yerdə qalmayın. Müxtəlif dövlət qurumlarına yollanmağı günün ikinci yarısına saxlayın.

Hadisələrin uğurlu axarı işlərinizdə rəvanlıq vəd edir.

Səfərdə yeni tanışlıq ola bilər.

Səhhətinizi unutmayın. Planlaşdırılmamış fəaliyyət izafi enerji itkisinə, indiyədək "yuxulu" olan ağrıların fəallaşmasına səbəb ola bilər.

Rasiona yeniliklər edə bilərsiniz.

Axşam saatlarında evlə məşğul olun. Qonaq qəbul edə bilərsiniz.

Şir - bu gün ulduzlar yaşamınızda harmonik məqamları formalaşdıracaqlar. Mühüm planlarınızı gerçəkləşdirməyə çalışın. Kreativ bacarıqları nümayiş etdirmək, həyatınızda nəyisə ciddi şəkildə dəyişmək üçün əlverişli zamandır.

Peşəkar fəaliyyətdə rəqiblərin əməllərinə diqqətlə baxın. Onlardan geri qalmamaqla kifayətlənməyin - onları üstələyin, qabaqlayın və daim irəlidə olun.

Daha effektiv, maraqlı nəticə əldə etməyin yollarını düşünün.

Gün şəxsi həyatdakı məsələlərin çözümü üçün də əlverişlidir.

Bir qədər romantik olmaq, rəğbət bəslədiyiniz insanların təqdirini qazanmaq olar.

Qız - çətin, qarışıq gün olduğundan intensiv işləmək gərəkdir. İşlər çətin, çox olacaq. Gələcəklə bağlı məqsədlərin bəlirlənməsi sərt şəraitdə, rəqiblərlə mübazirədə baş verə bilər.

Tərəfdaşlıqda yenilik istisna deyil. İşdə və şəxsi həyatda önəmli andır: seçim edin ki, yanılmayasınız.

Uğur qazanın, populyar olmağa çalışın. Qeyri-adi, gözlənilməz situasiyalar və dəyişikliklər istisna deyil.

Yaşamınıza daxil olan ünsürün qarşısını almağa çalışmayın. Stresslər sizi əsəbiləşdirməsin, qıcıqlandırmasın.

Səhhətinizə fikir verin. Çoxdan bəri təxirə saldığınız, yarımçıq qoyduğunuz işi başa vurun, ətalət və tənbəlliyi üstələyin.

Daha yaxşı görünmək və özünüzü yaxşı hiss etməyə imkan verən prosedurlara başlayın.

Tərəzi - ayın ən önəmli və mühüm günlərindən biridir. Yeni təəssüratlar və məlumatlar vəd edən işlərlə məşğul olun. Poçt qutularınızı yoxlayın. Ola bilər ki, sizə maraqlı informasiya gəlib. Yazışmalara ara verməyin.

Batinən yenidən yönlənməniz istisna deyil. Münasibətlərdə çoxdan bəri dəyişiklikləri ehtiva edən hadisə bu gün yaşana bilər.

Yaxın ətrafınızdakı insanların təsirinin ifrat həddə çatmasına imkan verməyin. Münaqişələrdən kənar durun. Mövqe və prinsiplərinizə zərbə dəymirsə, güzəştə gedin.

Axşam saatlarını dostlarla keçirmək, yaxud da dəvət aldığınız yerə yollanmaq olar.

Əqrəb - təşəbbüskar olun, çətin işlərin "qulpundan" yapışın. Belədə ətrafınızdakı insanlar sizin potensiallı, əzmkar, ən başlıcası isə işi bacaran insan olduğunuzu görəcəklər.

İndi yox, perspektivdə inkişaf edə biləcək işin ilkin mərhələsi bu gün başlanır.

Az sonra tam təfərrüatı ilə müzakirə etməyə hazırlaşdığınız məsələ ilə bağlı razılaşma əldə edin.

Qəfil məsrəflər ola bilər. Məntiqli, soyuqqanlı olun, bədxərclik etməyin.

Maddi və maliyyə məsələlərində uğur əldə edə bilərsiniz.

Tanışlıq, görüş, müzakirələr üçün uğurlu gündür.

Perspektivlər genişlənir. Şansdan mütləq yararlanın.

Oxatan - perspektivlər genişlənir. Mühüm məsələni tez və uğurla həll etmək, aranan məlumatı almaq olar. İşdən həzz almağa çalışsanız, çox ciddi sonuclara nail ola bilərsiniz.

Enerjili və uğura yönəlmiş insanlarla təmaslar qurun, əlaqələrdən yeniliklər əxz etməyə çalışın.

Mənasız və boş mübahisələrə, müzakirələrə və intriqalara qatılmayın.

Hərəkətə başlaya biləcəyiniz istiqamətlərdə gerçəkləşdirə biləcəyiniz ideyalar az deyil. Ən önəmli istiqamətlə məqsədi seçməyə kimsənin mane olmasına imkan verməyin.

Romantik planlarınız varsa, ətalətdə olmayın, hərəkətə keçin.

Sizə rəğbət bəsləyən adamın təşəbbüslə çıxış etməsinə mane olmayın.

Qonaq gedin, yaxud da evdə qonaq qəbul edin.

Oğlaq - rasional olun, işələrə, münasibətlərə orijinal yanaşın. Səlis düşünün, praqmat davranın. Qeyri-adi ideyanı reallaşdıraraq özünüzlə bahəm, yaxın ətrafınızdakı insanları da sevindirə bilərsiniz.

Ev işlərini başa vurun. Yaxın dostunuz olan insanın problemini çözməyə çalışın.

Çoxdan almaq istədiyiniz əşyaya yiyələnmək üçün məsrəfin məbləği çox ola bilər.

Şəxsi münasibətlərdə diqqət izharlarının formal nişanələrinə ehtiyac duyulur. İndi kimin daha çox yardım və dəstəyə ehtiyac duyduğunu müəyyənləşdirməyə çalışın.

Bundan asılı olaraq rolları bölüşdürün.

Dolça - yaşanan dəyişiklikləri və yaranan yeni imkanları dəyərləndirərək hisslərinizin təlatümünü anlaya bilərsiniz. Əsas planları reallaşdırmaq imkanını duyursunuzsa, xırdalıqlara və ikinci dərəcəli işlərə diqqət verməyin.

Yaxın ətrafınızdakı insanlar dərk etməlidir ki, siz yalnız işinizin maraq dairəsində çalışırsınız. Tələb və ya təzyiqdən əlahiddə halda istifadə etmək olar.

Gələcəklə bağlı məqsədlərin və maraqların üst-üstə düşəcəyi insanlar yanınızda ola bilər. Qarşıdan gələn yeniliklərin ilkin nişanələrini gözdən qaçırmamaq üçün sayıq olun.

Planların müzakirəsi, işgüzar danışıqlar və görüşlər üçün əlverişli vaxtdır.

Romantik illüziyalara qapılmayın. Vədlər və əhvalınız motivasiya, səbəb olmadan dəyişə bilər.

Balıqlar - maddi məsrəflər tələb edən planlarınız çoxdur. Gəlir mənbələrini artırmaq və daha az vaxt sərf edərək işin effektivlik səviyyəsini yüksəltməyi düşünməyin vaxtıdır. Maraqlarınızın sayı da artır. Pozitiv və neqativ təmayüllü stress az olmayacaq.

İş yerində qayda yaradın, ev işləri ilə məşğul olun. Romantik maraqlar bu gün arxa planda olmalıdır.

Qayğıya ehtiyacı olan insanlara diqqət yetirin. Axşam saatlarında istirahət edin, daxili müvazinəti bərpa edin.

Milli.Az 

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 Fevral 00:02135

    Sabahiniz istirahetleriniz gozel olsun !

    Cavab yaz
  • Anonim
    Mahir · 23 Fevral 08:405513

    Bu gun kisiler gunudur. Butun kisileri tebrik edirem. Onlara uzun omur ve can sagligi arzu edirem. Butun kisi serhcileri salamlayiram.

    Cavab yaz
    • Anonim
      emin · 23 Fevral 11:30224

      çox sağol ; eziz dosd

      Cavab yaz
    • Anonim
      OLBERT¢ · 23 Fevral 11:33150

      Tebrike göre tewekkur qaqas mende seni teblrik edirem l

      Cavab yaz
    • Anonim
      Zəhra · 23 Fevral 11:48171

      Təbrik edirəm Mahir

      Cavab yaz
      • Anonim
        joy · 23 Fevral 12:5630

        cox sagol Mahir

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 Fevral 09:581021

    Canlarim, dostlarim bu günlük de burada diyilimmm Seq olun selametlerle qalin Haminizi öpüremmm...İnsallah goruserikkk..Allaha emanet olun.

    Cavab yaz
  • Anonim
    Dislike edənə · 23 Fevral 10:521217

    İnsanlıq nədir hələ bilmirsiz. çünki sizdə yoxdur

    Cavab yaz
    • Anonim
      Mahir · 23 Fevral 11:2179

      Bax onu sen duz deyirsen.

      Cavab yaz
  • Anonim
    Esmer · 23 Fevral 12:09384

    23 Feviral kişler bayramı munasibeti ile butun Kişi Şerhcleri Tebrik edirem..Ad yazmıram .her birinizi tebrik edirem her zaman. Sevib Sevilesiz ...

    Cavab yaz
    • Anonim
      Zəhra · 23 Fevral 12:2688

      Salam. Əsmər necəsən?

      Cavab yaz
  • Anonim
    günel · 23 Fevral 12:37201

    Salam bu gün Oğlanlar kişilər bayramıdı hamınızı təbrik edirem ❤

    Cavab yaz
    • Anonim
      Cavid · 23 Fevral 12:45104

      Salam Günel necəsən kef əhvalın necədi salamatçılıqdı çox sağol ALLAH razı olsun dosi

      Cavab yaz
      • Anonim
        günel · 23 Fevral 12:4890

        Salam Cavid bey çox sagol gozel insan

        Cavab yaz
        • Anonim
          Cavid · 23 Fevral 12:5260

          Sağol Günel dəyməz dosi sənin xətrivi şox istəyirəm dosi

          Cavab yaz
          • Anonim
            Cavide · 23 Fevral 12:5693

            Cavid sende nese çatmíre. Kime geldi yazírsan dosii seni cox istiyirem))))))

            Cavab yaz
            • Anonim
              Adəm · 23 Fevral 13:0540

              12:56-ya. Şahin Hesenlidi de başı qaçıb gunde bir adla yazir )))

            • Anonim
              Dostamaaa:)) · 23 Fevral 14:3831

              Adəm orada Stop elə! Şahin deyil. Cakodu o. Məncə də onda nəsə çatmır.

          • Anonim
            Günel · 23 Fevral 12:5930

            Cavid qaqas men bura yazan deyilem amma seni ilk defedir gorurem qaraskopa yazmiram ancap arada kriminala … yaziraam yeqin basqa günelde var onla sehv saldiz meni amma cox yaxsi oglansiz tanisliqimiza sad oldum Cavid qardaş

            Cavab yaz
            • Anonim
              Dostam · 23 Fevral 15:4210

              Günel bacı fikir vermə ona. O hamıya yazır. Tanımadığı hamıya yazır. Səni çox istəyirəm. Nə bilim dosii mosii. Ən yaxşısı uzaq olmaqdı.

  • Anonim
    she · 23 Fevral 12:42717

    hamı yazıb kisiler bayramidi ! nolsun ki menasiz bir gündüde

    Cavab yaz
  • Anonim
    Harlnpasa · 23 Fevral 12:5973

    Salam doslar necesiz menide nisanlim tebrik eledi bu gün. Çox xosbextem nurus senede xosbextlik arzulayiram

    Cavab yaz
    • Anonim
      Harmpawa · 23 Fevral 14:2761

      eee bildikde niwanlisan

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.