Hacı Şahin Həsənli aparıcılığa başlayır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə İnstaqram hesabında məlumat verib.
"Bu gündən etibarən hər həftənin cümə axşamları saat 18:45-də "Mədəniyyət" TV-də "Haqqın dərgahı" verilişi Hacı Şahin Həsənlinin təqdimatında olacaq", - Şahin yazıb.
Qeyd edək ki, "Haqqın dərgahı" proqramının aparıcısı Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev idi.
Milli.Az