Cəmiyyət

"Sosial şəbəkələr boşanmalara səbəb olur"

22 Fevral 2019 22:04
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Çingiz Qənizadə son illər ailələrin dağılmasının səbəblərindən biri kimi sosial şəbəkələri göstərib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İTV-nin "Diqqət mərkəzi" verilişinin qonağı olan deputat bildirib ki, ötən il qurulmuş altmış min ailədən on iki mini boşanma ilə nəticələnib:

"Bu təxminən iyirmi faiz deməkdir və çox təhlükəli rəqəmdir. Burada sosial şəbəkələrin də rolu var. Məncə, maarriflənməyə ehtiyac  var və bu, sosial şəbəkə üzərindən də aparılmalıdır. Mən dediyim rəqəm rəsmi nikahlara aiddir. Bura küsülü gedənlər və digərləri aid deyil".

Qeyd edək ki, son illər Azərbaycanda qurulan bir çox ailələrin dağılma səbəbi kimi sosial şəbəkələr göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.