Cəmiyyət

Ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO - FOTO

22 Fevral 2019 08:46
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşam saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, Göyəm kəndi ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayonun 1990-cı il təvəllüdlü Bəhmətli kənd sakini Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralılardan E.Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. B.Dadaşovun isə vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

"VAZ"la "Mercedes" toqquşdu - 1 ölü, 1 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.