Cəmiyyət

Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər

21 Fevral 2019 22:49
0 Şərh     Baxış: 2 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilində nasazlıq yarandığından ustaya müraciət edən şəxs maraqlı hadisə ilə üzləşib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, məlum olub ki, avtomobilin katalizator adlanan detalının içərisi başqa usta tərəfindən sökülərək götürülüb.

Avtomobil ustası Rəsul Turabov deyir ki, son zamanlar bununla bağlı müraciətlər artıb. Katalizatorun içərisində bahalı metal olduğundan bəzi işbazlar onu sökərək çıxarır.

Rəsul Turabov deyir ki, belə avtomobillər bir müddət normal işləsə də sonradan problemlər yaranır.

Usta deyir ki, katalizator sistemində problem olan avtomobil sahibləri əslində böyük xərcə düşmədən də bu problemi həll edə bilərlər. Bunun üçün sadəcə katalizator sistemini yudurtmaq kifayətdir.

Ustalar onu da bildirir ki, katalizator sistemi avtomobilin ən həssas detallarındandır. Vaxtında qulluq edilməsə gələcəkdə problemlər çox ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.