Cəmiyyət

Bakıda ruhi xəstə bacısını bıçaqladı

21 Fevral 2019 22:41
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qardaş bacısını bıçaqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Rayonun Pivəzavod küçəsi, ev 5-də yaşayan ruhi əsəb xəstəsi, 1991-ci il təvəllüdlü Orxan Xeyrulla oğlu Nağıyev onunla birlikdə yaşayan bacısı, 1987-ci il təvəllüdlü Xatirə Xeyrulla qızı Nağıyevanı sol bud nayihəsindən bıçaqlayıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən O.Nağıyev 9 saylı Təcili Tibbi Yardımın psixiatrik briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.