Cəmiyyət

Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

20 Fevral 2019 21:35
1 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 375,4 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 24,1 faiz artıb, onların əhaliyə aid bank əmanətlərinin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 33,5 faizdən 37,5 faizədək yüksəlib.

Xarici valyutada olan əmanətlər 2018-ci il yanvarın 1-i ilə müqayisədə 4,1 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.