Cəmiyyət

“Söz-söhbətləri dayandırmaq lazımdır” - Ekspertlərdən sonsuzluqla bağlı önəmli AÇIQLAMA - VİDEO - FOTO

20 Fevral 2019 14:43
0 Şərh     Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ toy olmadan nəvə sevdası elə güc gəlir ki, nəvə olmazsa, sevən cütlüklərin sevdaları belə gözlərində qalır.

Vay o günə ki, evlilik həyata keçəndən sonra sonsuzluq problemi ortaya çıxa. Nəticədə bu, ailədə söz-söhbətə, boşanmaya gətirib çıxara bilir.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu - Sakin: "Çox adam uşaq xatirinə evlənir. Bəzən görürsən heç çox adam övlad istəmir, istəyənə də tanrı vermir". 

Sorğu - Sakin: "Gənclər ailə quranda, yaxud da ailələr övladlarını evləndirəndə orda məqsəd nəsil artırmaqdır. Əgər sonsuzluq varsa, ona görə əvvəl-axır boşanma olacaq".

Cavid İmamoğlu - Sosioloq: "Davamlı şəkildə, sanki, övlad istəyirlər, niyə yoxdur və tələb etmiş kimi çıxırlar. Doğrudan da, bu, yeni ailə həyatı qurmuş şəxsləri gərgin edir. Sonsuzluğa görə ailədaxili şiddət və yaxud ailələrin nikahına son verilməsi, həqiqətən də, qəbul olunmazdır, çünki dünyada artıq ailə modelləri dəyişir, hətta övlad istəməyən ailələr də var".

Psixoloqlar sonsuzluq faktorunun yaranmasında 30-40 faiz psixoloji faktorun rol oynadığını deyirlər.

Aida Nəbiyeva - Psixoloq: "Sonsuzluq dövründə müalicə prosedurlarında stress hormonları yüksək olmamalıdır. O qədər ki ailələrdə konflikt olur, söz-söhbət olur ginekoloqlar o hormonları aşağı sala bilmirlər. Bu problemi yaşamış bir psixoloqam, həmin xanımlara qrup terapiyaları keçməyi tövsiyə edərdim. Çünki o dövrdə insana lazım olan faktor məhz mənəvi dəstəkdir".

Yəqin ki, körpə arzu etməyən heç bir ana-ata tapılmaz. Əgər bu, onlardan asılı səbəblər deyilsə, niyə bu mövzuda onlar günahlandırılır. Niyə bunun cəzası qurulan ailələri dağıtmaqla tamamlanır?

Cavid İmamoğlu - Sosioloq: "Sonsuzluq ailədə sosial problemlərə, məsələn, boşanmaya, nikaha son verməyə gətirib çıxarmamalıdır. Keçmiş təfəkkürdən, yaxud da mental stereotiplərlə zəngin olan o təfəkkürdən uzaq qalmalıyıq. Dünyaya uşaq gətirə bilməyəndə övladlığa uşaq götürürlər, yaxud da hansısa formada valideynlik edirlər".

Aida Nəbiyeva- Psixoloq: "Birinci, anlayışla qarşılamaq lazımdır. İkinci, keçmiş dövrlə indiki dövrü müqayisə etmək lazım deyil. Çünki o dövrün öz ekoloji mühiti vardı, bu dövrün öz ekoloji mühiti var. Üçüncüsü isə ailələrə rahatlıq vermək, təzyiqləri dayandırmaq lazımdır".

Qəribədir ki, hər şeyi qismətə bağlayanlar da bu mövzuda mütləq qınamağa, günahlandırmağa tərəf axtarırlar. Yaxşı olar ki, başqalarının həyatına müdaxilə edib kimlərisə bədbəxt etməkdənsə, özünüzə vaxt ayırın ki, həyatınızı yaxşı yöndə dəyişə biləsiniz. Əslində, hər kəs üçün xeyirli olan da budur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Söz-söhbətləri dayandırmaq lazımdır" - Ekspertlərdən sonsuzluqla bağlı önəmli AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.