Cəmiyyət

Oğuz Meşə Mühafizəsi və Bərpası İdarəsində ölüm hadisəsi olub

19 Fevral 2019 22:19
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz Meşə Mühafizəsi və Bərpası İdarəsində ölüm hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu gün axşam saatlarında İdarənin Daşağıl kəndindən olan 1964-cü il təvəllüdlü əməkdaşı Qədirov Nərman Fərman oğlunun vəziyyəti anidən pisləşib və o, keçinib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılsa da, 55 yaşlı N.Qədirovun ürək tutmasından artıq öldüyü məlum olub.

Fakta bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.