Cəmiyyət

Gədəbəydə arvadını baltalayanın istintaqı yekunlaşıb

19 Fevral 2019 21:16
2 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Əlviz Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin oktyabr ayında Gədəbəy rayonunda baş verib. 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Ə.Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.

Yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Əsgərov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, Ə.Əsgərov həyat yoldaşını qısqanclıq zəminində balta ilə vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.