Cəmiyyət

Bakıda “Best Musicial Shows” müzikl şousu keçiriləcək - FOTO

19 Fevral 2019 08:02
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 Fevral Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Best Musicial Shows" müzikl şousu keçiriləcək. Şouda dünyanın ən sevilən müzikl şouları olan "Burlesque", "Moulin Rouge", "Chicago" və "The Great Gatsby" müzikllarının ən möhtəşəm hissələri nümayiş olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu şou dünyada ən yaxşı müzikllarda işləyən konferansye sənətkarın həyat hekayəsinə əsaslanır.

Böyük teatr səhnələri, aktyorların inanılmaz səsləri, göz oxşayan bəzəkləri ilə möhtəşəm kostyumlar bütün bunlar "Best Musical Shows" müzikl şousunda! İnanırıq ki, belə möhtəşəm səhnələrin birləşməsi izləyicilər tərəfindən yüksək qiymətləndiriləcək.

Layihənin təşkili Jam Group komandası tərəfindən görülür.

Biletləri şəhərin bütün kassalarından, Asan Xidmət və iTicket.az saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.