Cəmiyyət

Canavarlar mal-qaraya hücum edərək qoyunları parçalayıb - FOTO

18 Fevral 2019 07:14
0 Şərh     Baxış: 1 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda yırtıcılar mal-qaraya hücum edib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Eyvazlılar kəndində baş verib.

Belə ki, canavarlar kənd yaxınlığındakı örüşdə xırda buynuzlu heyvanlara hücum edərək 5 baş qoyunu parçalayıblar. Yırtıcılar tərəfindən parçalanan heyvanlardan 3-ü kənd sakini Kamil Əhmədova, 2-i isə Oqtay Xəlilova məxsusdur. Şahidlərin sözlərinə görə, sürüyə hücum edən yırtıcıların da sayı 5 olub.

Eyni vaxtda canavarlar qonşuluqdakı Boluslu kəndindəki fermalardan birinə də hücum edərək, bir baş qoyunu parçalayıblar.

Qeyd edək ki, bu, son günlər baş verən növbəti hadisədir. Bir neçə gün əvvəl rayonun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.