Cəmiyyət

Azərbaycanda gəncdən iyrənc ƏMƏL - Əmisinin...

17 Fevral 2019 20:54
3 Şərh     Baxış: 3 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda öz əmisinin evindən oğurluq edən şəxs saxlanılıb. Həmin gəncin narkotik maddə aludəçisi olduğu bildirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, gənc oğlan, öz əmisinin evindən oğurluq edib. Hadisə Abşeronda,Novxanı kəndində baş verib.

Rayon Polis idarəsinə Novxanı kəndində bir mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə baxış keçirilib və əməliyyat istintaq tədbirlərinə başlanılıb.

Çox keçmədən baş vermiş hadisənin üstü açılıb. Polis əməkşarı öz əmisinin evindən 8 min manatlıq qızıl zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşman olduğunu və bu hadisəninarkotik maddə aludəçisi olduğu üçün törətdiyinietiraf edib.

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə satdığını bildirib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.