Cəmiyyət

Güclü qar sürücülərə çətin anlar yaşatdı

16 Fevral 2019 23:32
2 Şərh     Baxış: 3 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecədən yağan güclü qar İsmayıllı-Muğanlı yolunda fəsadlar yaradıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qalın qar örtüyü yolda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Sürücülər saatlarla yolda gözləmək məcburiyyətində qalıblar.

Gecə isə qarla yanaşı dumanlı hava şəraiti də dolaylarda təhlükəli vəziyyət yaradıb. Səhər saatlarından "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub. Yollar qardan təmizlənib və nəqliyyatın hərəkəti bərpa olunub. Yola duz və qum səpilib.

Hazırda İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.