Cəmiyyət

Abşeronda avtomobillərdən oğurluq edən şəxs tutulub - FOTO

16 Fevral 2019 20:02
1 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu ərazisində avtomobilləri yaran şəxs tutulub.

Milli.Az "Report"a istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobu-Hökməli ərazilərində 10-a yaxın avtomobilin yan şüşəsini qıraraq oğurluq edən Ruhəddin Novruzov saxlanılıb.

O, ilkin ifadəsi zamanı müxtəlif vaxtlarda vətəndaşalara məxsus maşınları yardığını, ikisindən isə pul götürərək, oğurluq etdiyini boynuna alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Daha əvvəl Abşeronda oğurluq edən iki dost saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.