Cəmiyyət

Hacıqabulda övladları olmayan ər və arvad özlərini asdılar - YENİLƏNİB - TƏFƏRRÜAT

16 Fevral 2019 12:49
58 Şərh     Baxış: 6 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:49

Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, hadisə fevralın 15-də rayonun Kolanı kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova da atasının evindən ərinin intihar etdiyi evə gəlib və orada özünü asaraq intihar edib.

Məlumata görə, cütlük 15 il birgə yaşasa da, rəsmi nikahları olmayıb. Onlar bu illər ərzində uşaqları olmadığı üçün fevralın 14-də, sevgililər günündə ayrılmaq qərarı veriblər. Hər iki şəxs öz valideynlərinin yanına qayıdıb və orada yaşamağa davam ediblər.

Lakin bir gün sonra S.Rəsulov günorta saat 13:30 radələrində atası Zaməddinin evinin həyətində özünü ağacdan asaraq intihar edib. Bu hadisəni eşidən Ə.Mayılova əri ilə birgə yaşadığı evə baxmaq istədiyini deyib və ora gedərək saat 17:30 radələrində həyətdə olan tikilinin tavanından özünü asıb.

Hər iki hadisə yerinə polis və prokurorluq orqanları tərəfindən baxış keçirilib. Meyitlərin xarici ekspertizası zamanı bədənləri üzərində hər hansı işgəncə, döyülmə xarakterli xəsarət izləri aşkar edilməyib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

---------

07:15

Hacıqabulda ər və arvad intihar ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.