Cəmiyyət

Könül sevən göyçək olar... - Sevgi, yoxsa məntiq evliliyi? - VİDEO - FOTO

14 Fevral 2019 14:22
4 Şərh     Baxış: 1 496

Deyirlər, insan həyatda iki şeyi seçərkən diqqətli olmalıdır ki, gələcəkdə peşmanlıq çəkməsin. Bunlardan biri ixtisas, digəri isə həyat yoldaşı seçimidir. Birinci yanlışı düzəltmək mümkündürsə, ikincini düzəltmək bir qədər çətin məsələdir. Bu səbəbdən də həyat yoldaşı seçimini mümkün qədər diqqətli etmək lazımdır.

Bəs, evlilikdə məntiqimizi, yoxsa ürəyimizi dinləməyilik?

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Sakin: "Ürək hər zaman insanı yanıldır, mütləq və mütləq məntiq evliliyi. Təhsil alıb, sənət seçib ondan sonra ailə qura bilər".

Sakin: "Təhsil alıb, ev alıb ondan sonra evlənmək, ailə qurmaq lazımdır".

Sakin: "Ağıl da omalıdır, sevgi də olmalıdır. Səbr, dözüm, inam hər şey olmalıdır".

Evlilik ciddi addımdır, istər oğlan istərsə də qız ailə qurarkən özünü bu məsuliyyətə hazır hiss etməli və özünə ən uyğun olan seçimi etməlidir.

Elvüsal Məmmədov - Sosioloq: "İstər ailədə, istərsə də yerli mühit onu psixoloji cəhətdən evliliyə hazırlayır. Əksər hallarda bu cür evliliklər xoşbəxtliklə tamamlanır".

Vəfa Əkbər - Psixoloq: "Müəyyən bir yaş dövrü var ki, o yaşadək insan yalnız öz üzərində çalışmalıdır və özünü tanımalıdır. Bu da 20 yaşdan sonraya düşür. 20 yaşadək qurulan bütün ailələr, sadəcə, instinktlər, duyğular hətta yanılmalar üzərində qurulur".

Ailədə məsuliyyət, xüsusilə də maddi yük kişilərin üzərinə düşür.

Elvüsal Məmmədov - Sosioloq: "Ailə üçün minimum nə tələb olunursa, yaxşı olardı ki, oğlan uşaqları bunu özləri üçün təmin etsinlər, ondan sonra ailə qursunlar. Xüsusən də şəhər mühitində təhsilin alınmağı, yaxşı işin tapılması evlilikdən qabaq görüləcək mühüm addımlardır".

Psixoloqlar hesab edirlər ki, könül sevən göyçək olmaqla deyil, xoşbəxt olan o kəslərdir ki, həyatda yarını tapmış olsunlar.

Vəfa Əkbər - Psixoloq: "Nə zaman ki özlərinin dünyagörüşlərinin, həqiqətən də, doğru formalaşdığını və çevrəsinin artıq istədiyi kimi olduğunu gördükdə, o zaman özünə uyğun, özünə xas və eyni psixoloji yaşda olan insanla evlənsə, o münasibət daha möhkəm olar, daha uzun müddətli olar".

Ailə müqəddəsdir, bu dəyərə sahib olmaq, onu qorumaq məsuliyyət tələb edir. Bunun üçün sağlam seçim etmək, gələcəyinizi etibar edəcəyiniz doğru adamı tapmaq isə olduqca vacibdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Könül sevən göyçək olar...  - Sevgi, yoxsa məntiq evliliyi?

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    $$$. · 14 Fevral 14:4250

    Yəhudilər əsasən məntiqlə evlənirlər. Sevgi ikinci planda durur. Məntiqlə evlənən gənclərin intellektual səviyyələri , etikaları , mədəniyyətləri və əsasən ailəni maddi və mənəvi təmin etmək cəhətindən hazırlıqlı olurlar. Bir - birilərinə hörmət etməyi bacaranlar , gələcəkdə sevgini də qazanmış olurlar. Yoxsa bizim qızlar kimi ? Oqlanı görub , kişinin qızı sevib və ərə gedib , 6 aydan sonra da xasiyyətimiz tutmadı ayrılırıq deyirlər. Hər şeydə məntiqli olmaq vacibdir! Tələsən təndirə duşər !

    Cavab yaz
  • Anonim
    Nara · 14 Fevral 14:5132

    Ne pul ne gorunus ne yas ferqi..xosbext o kesdir ki oz yarini-yarisini tapmis olsun.o zaman samanliq seyran olar

    Cavab yaz
  • Anonim
    777 · 14 Fevral 15:4412

    Qadin ekser hallarda ailede nhegemon olmaq isteyir, öz terefini göze soxub, kisi terefi vecine almir. Mûasir qizlar meslehete ekser hallarda qulaq asmir, boyuk-kiçik tanimir. Bele olduqda ailede söz-söhbet baslayir ve qadin taleyinden sikayet etmeye baslayir, öz sehvini ise görmek istemir. Ona göre de ister oğlan, isterse de qiz mentiqle aile qursa yaxsidir, sevgi sonra da yarana biler, itirilmis sevgini ise geri qaytarmaq olmur.

    Cavab yaz
  • Anonim
    Ana · 14 Fevral 15:4450

    Məncə görünüş də pul da vacibdi.ən əsası MƏNTİQ HÖRMƏT olan yerde no problem. Sevgi isə elə bir şeydir ki qarşındaki insanin davranişindan aslıdır istəsə sevdirər istəsə gözdən salar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.