Cəmiyyət

“Muğam” Tehranda konsert verdi - FOTO

14 Fevral 2019 22:23
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda keçirilən 34-cü "Fəcr" Musiqi Festivalı çərçivəsində Tehranın "Niyəvəran" Mədəniyyət Mərkəzində Azərbaycanın "Muğam" instrumental ansamblının konserti olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  xalq və bəstəkar mahnıları ifa edilib. Ansamblın bədii rəhbəri, tarzən Sahib Paşazadənin və muğam ifaçısı Abgül Mirzəliyevin ifasında səslənən Azərbaycan xalq mahnısı "Sarı gəlin" xüsusi maraqla və sürəkli alqışlarla qarşılanıb.

Tamaşaçılar arasında hökumət və dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, xarici dövlətlərin İrandakı səfirliklərinin əməkdaşları, Azərbaycanın bu ölkədəki səfirliyinin kollektivi də olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.