Cəmiyyət

Bakıda yarımçıq tikilidə kişi meyiti aşkarlandı

13 Fevral 2019 22:53
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda meyit tapılıb. Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Rayonun Ş.Mehdiyev küçəsi 97 ünvanında yerləşən yarımtikilidə kişi meyiti aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Baxış zamanı meyitin üzərində xəsarət və zorakılıq izləri aşkar edilməyib.

Yasamal rayon Prokurorluğunda meyitin şəxsiyyətinin və ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.