Cəmiyyət

"Azərbaycanda vəkillərin 80 faizi gənclərdir"

13 Fevral 2019 19:56
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda gənc hüquqşünasların vəkilliyə qəbul olunması prosesi sürətləndirilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasında çalışanların böyük əksəriyyəti gənclərdir:

"Azərbaycanda vəkillərin 80 faizi 40 yaşına qədər olan hüquqşünaslardır. Sovet dövründə vəkillər bir qayda olaraq təqaüdə çıxan hüquqşünaslar olurdu. Yaxud əvvəlki işindən müəyyən səbəbdən çıxanlar vəkilliyə gəlirdilər. Amma bu gün belə deyil. Müxtəlif qurumlarda müstəntiq, təhqiqatçı olanlar hətta vəkil olmaq qərarı verirlər. Bu onu göstərir ki vəkilliyə maraq artır, vəkillik institutu inkişaf edir, vəkilin nüfuzu artır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.