Cəmiyyət

Məleykə Abbaszadə repetitorları ittiham etdi: "Bu işə həddindən artıq həssas yanaşmalıdırlar"

13 Fevral 2019 19:52
8 Şərh     Baxış: 2 643

Əvvəlki illərdə abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq. Bununla bağlı ötən il də müəyyən faktlar aşkarlanaraq, araşdırma aparılıb və materiallar müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı həmin orqanlar tərəfindən cinayət işi qaldırılıb. Çox təəssüf ki, bu işin təkanverici qüvvəsi əksər vaxt repetitorlar olur. Yeni layihələrdən, gələcək perspektivlərdən danışmaq əvəzinə, məcburuq, qanun pozuntularından söz açaq.

Musavat.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb:

"Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı "FaceRecognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib".

Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent imtahana qeydiyyatdan keçən zaman onların şəkli avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir:

"İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir. Layihənin gələcəkdə bütün respublika üzrə qəbul imtahanlarında tətbiq olunması nəzərdə tutulur".

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    solmaz · 13 Fevral 20:4620

    Repetitor varsaorta məktəblər nəyə gərəkdir.

    Cavab yaz
    • Anonim
      Alsu · 13 Fevral 21:0507

      Repetitor o vaxtlar da yox idi. Institituta giren de yox indimi. Wagirdler orta mektebde ders kecerdiler biliklerini de orda qazanardilar. Indi varli, imkanli uwaqlar gedir muellim yanina, kasib uwaqlar qalir kenarda. Legv eleseler yaxwi olar. Uwaqlara mektebden kenar yerde ders kecmesinler. Ancaq tehsil ocaqlarinda.

      Cavab yaz
      • Anonim
        alsuya · 13 Fevral 22:5420

        hec bir valideyin istemez artiq pul xerclesin. mecburdi,bogazinnan kesir repetitorlara verir ki ovladi savad alsin, ali mektebe qebul olsun. bu da cixib camamtin bawini qatir "facecontrol"olacaq İAMAS yoxlayacaq. evvela dersliklerdeki sehvleri duzeltsinler, muellimlerin bilik seviyyesini qaldirsinlar

        Cavab yaz
        • Anonim
          ... · 14 Fevral 03:4800

          Nezerinize catdiraq ki, Meleyke Abbaszade Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədridir, o oz sahesindeki isden cavabdehdir, sizi narahat eden meselelere ise Tehsil nazirliyi bakir.

          Cavab yaz
      • Anonim
        ... · 14 Fevral 03:4600

        Yene başlandı varil-kasib sohbeti

        Cavab yaz
  • Anonim
    Kamilla · 13 Fevral 21:0950

    Repetitor yaziq neylesin. Repetitorun hedabina.....senin telebelerin savad qazanir. Orta mekteb de pul......yigir.

    Cavab yaz
  • Anonim
    Kamilla · 13 Fevral 21:1510

    Alsuya Onda gerek hec kim instituta girmesin.....

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 13 Fevral 21:5110

    Əvvəlcə bazarkomlar,sonra satıcılar hesabat verməlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.