Cəmiyyət

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır - Yeraltı keçid tikilir

13 Fevral 2019 19:38
1 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamüddətli məhdudlaşdırılacaq.

Avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.