Cəmiyyət

Şamaxıda 5 metr hündürlüyündə vulkan püskürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

13 Fevral 2019 09:14
3 Şərh     Baxış: 2 414

09:14

Şamaxı rayonunda vulkan püskürüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.

İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

---------

08:56

Şamaxı rayonunda vulkan püskürüb.

Milli.Az report-a istinadən bildirir ki, təbii hadisə rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Fevral 10:0332

    Ay Allah yaziq Samaximmm basindan belalar eksik olmur ay Allahimm seni qoruuuuu

    Cavab yaz
  • Anonim
    Leyla33 · 13 Fevral 10:3420

    Allah qorusun

    Cavab yaz
  • Anonim
    hn · 13 Fevral 11:3100

    foto ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.