Cəmiyyət

Bakıda partlayış baş vermiş evin görüntüləri yayıldı - YENİLƏNİB - VİDEO

13 Fevral 2019 13:44
9 Şərh     Baxış: 4 311

13:44

Bakının Səbail rayonunda 20-ci sahədə partlayış baş vermiş evin görüntüləri yayılıb.

Milli.Az bildirir ki, sakinlərin Trend-ə verdiyi məlumata görə, birmərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış ətrafdakı evlərə də ziyan vurub. Partlayışın gücündən evlərin qapı və pəncərələri yerindən çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in yaydığı məlumatda isə bildirilir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda partlayış baş vermiş evin görüntüləri yayılıb

--------

08:53

Bakıda evdə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Əlavə məlumat veriləcək.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Esmer · 13 Fevral 09:0660

    Partlayış oldu sozdu ele bildim dünyanın sondu ((Ev ele sirkelendi vallah dedim dunya dagldı Allah uzaq etsin Allah hamının komeyi olsun Allah özü qorusun. ..cox qorxduq həqiqətən

    Cavab yaz
  • Anonim
    bayil sakini_A · 13 Fevral 09:2230

    esmer mende orda qaliram/ dehwet idi butun qonwularin hamisi zerer gorub. Bizim evin penceleri qirilib lustralar duwub

    Cavab yaz
    • Anonim
      Esmer · 13 Fevral 10:1240

      Vay Vay Allah köməyiniz olsun 20 den cox eve ziyan deyib inanın Allaha cox qorxduq Şukur ölen olmayıb. ..

      Cavab yaz
      • Anonim
        bayil sakini_A · 13 Fevral 11:3320

        esmer hee cox wukur... ozude lap yaxin adamin evidi partlayiw olan

        Cavab yaz
        • Anonim
          Esmer · 13 Fevral 11:5100

          Allah komeyi olsun bes acıqlanmır nedən olub axı qaz işi deyil qazdan ele partlayıs ola bılmez. Burqdan ola bıler amma cunki cox möhkəm partldı bir defe bayılda Cen partlamısdı ee ele bıl partlayıs oldu .onda bizim evde nece catlar emele geldi .hele o uzaq idi bu gun ise men dedim viso dünyanın sonudu ((

          Cavab yaz
          • Anonim
            bayil sakini_A · 13 Fevral 13:1700

            esmer hee bruqdan idi. biz teref ele bruqnan dolududaa ele biri bizim heyetde.

            Cavab yaz
            • Anonim
              nene · 13 Fevral 14:0320

              bruq nedi basina donum?

            • Anonim
              neneye cavab · 13 Fevral 14:2600

              neft olan erzilerdi

      • Anonim
        NR456 · 13 Fevral 14:2800

        Bəs deyirlər ölən olub

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.