Cəmiyyət

Arzu Rəhimov: "1997-ci ilin avqustunadək həlak olan hərbi qulluqçuların siyahıları ƏƏSMN-ə təqdim olunub"

13 Fevral 2019 07:48
0 Şərh     Baxış: 552

"Keçən il prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev daha bir humanist addım ataraq respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2018-ci il tarixli fərman imzaladı. Sənədin icrası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2 avqust 1997-ci il tarixədək həlak olan hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahıları hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və bu istiqamətdə işlər davam etdirilir".

Milli.Az report-a istinadən bildirir ki, bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib.

O, bildirib ki, SHXÇDX də öz səlahiyyətləri çərçivəsində vətəndaşlara, xüsusən şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır, davamlı diqqət və qayğı göstərir: "Ötən il "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarına uyğun olaraq, müraciət etmiş vətəndaşların sənədlərinə Xidmətdə fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası"nda baxılıb və təsdiqedici sənədlər əsasında müraciət edənlərə müharibə veteranı adı və vəsiqəsi verilib. SHXÇDX çağırışçıların hələ orta məktəb illərindən hərbi xidmətə hazırlığı, hərbivətənpərvərlik ruhunda tərbiyəsi yönündə mühüm işlər görür. İllik təqvim planına uyğun olaraq, xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən 17 yaşına çatmış gənclər müxtəlif ixtisaslar üzrə Xidmətin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında hazırlığa cəlb olunur, təhsil müəssisələrini bitirərək şəhadətnamə və sertifikatlarla təmin edilirlər. Xidmətin zonalar üzrə səfərbərlik şöbə və bölmələrinin şəxsi heyəti ilə səfərbərlik hazırlığı üzrə mütəmadi məşğələlər keçirilir, hərbi nəqliyyat vasitələrinin texniki vəziyyəti və toplanmasının praktiki təşkili işi daim nəzarətdə saxlanılır".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.