Cəmiyyət

"Mətanət A" şirkəti işə qəbul edir

12 Fevral 2019 14:00
Baxış: 1 212

"Mətanət A" şirkəti aşağıdakı vakant yerlər üçün işə qəbul elan edir:

Hüquqşünas köməkçisi

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hazırlanması və yoxlanılması;
  • Əmtəə nişanlarının alınması və müddətinin uzadılması;
  • Etibarnamələrin hazırlanması;
  • Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
  • Təsis sənədləri ilə bağlı işlər;
  • Məktubların hazırlanması və cavablandırılması;
  • Viza və miqrasiya məsələlərinin təşkili;
  • Hüquqi məsləhətlərin verilməsi.

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Tələblər:

  • Təhsil: Ali (Hüquq)
  • İş təcrübəsi: 1 ilə qədər iş təcrübəsi olan;
  • Yaş həddi:20-35
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilmək.

Qeyd:

"Mətanət A" şirkəti İşə qəbul üzrə mütəxəssis (Recruitment)

Vəzifə öhdəlikləri:

  • Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
  • Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
  • İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
  • İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 
  • Kadr bazasının hazırlanması və yenilənməsi;
  • Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
  • İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
  • Sınaq müddəti təyin edilməsi və izlənməsi;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Tələblər:

  • İqtisadiyyat, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
  • Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • 23-40 yaş həddi;
  • Müvafiq sahədə 2- 3 il iş təcrübəsi;
  •  Stres altında işləməyi bacarmalı;
  •  Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  •  Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
  •  İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  •  Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  •  MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin.

"Mətanət A" şirkəti  Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

  • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
  • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
  • Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
  • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;
  • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
  • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;
  • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
  • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
  • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
  • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini  nəzarət altında saxlamaq;
  • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
  • Uyğunsuzluğun təhlilində iştirak etmək;
     

Tələblər:

  • Yaş həddi: 28-40
  • Ali təhsilli (menecment, və ya  standartlaşdırma və sertifikasiya sahəsində) və ya  texniki yönümlü ali təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO    9001:2015 sertifikatlara malik olması);
  • İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
  • KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
  • Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş saatı: 09-00-dan 18-00-dək;
  •  Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis" yazaraq hr@matanata.com ünvanına göndərmələri xahiş olunur;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"Mətanət A" şirkəti  Səyyar təchizatçı 

İşin təsviri:

  • Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
  • Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
  • Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı:

  • Razılaşma yolu ilə;

Tələblər:

  • Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
  • Ali təhsil;
  • Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Kompüter biliyi;
  • Yaş həddi: 25-40;
  • 3 il iş təcrübəsi;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
  • Şəxsi avtomobilin olması.

Əlavə tələblər:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;

Qeyd:

  • - İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • - Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
    • CV-ləri hr@matanata.com ünvanına göndərin.
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.