Cəmiyyət

"Kitab olmasa savadsızlıq baş alıb gedəcək”

12 Fevral 2019 13:29
1 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputat Fazil Mustafa Azərbaycanda kitabların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi məsələsini parlamentin bu gün keçirilən plenar iclasında qaldırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV aradan qaldırıldı:

"Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azrəbaycanda da davam ertdirilməsi lazımdır. Gürcüstanda da ƏDV vergisi kitablar üzərindən götürülüb. Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahadır. Belarusiyada kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa savadsızlıq baş alıb gedəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.