Cəmiyyət

Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər

12 Fevral 2019 07:48
3 Şərh     Baxış: 2 484

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə araşdırmalar apararkən yeni nəticələr əldə edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə institutun direktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə uzunömürlülərlə yanaşı, onların qohumları üzərində də araşdırma aparılıb. Araşdırmanın aparılmasında məqsəd uzunömürlülərdə sinir sisteminin funksional vəziyyətini və beynin uyğunlaşma mexanizmlərini tədqiq etmək olub. Tədqiqat nəticəsində uzunömürlülərlə qohumluğu olmayan insanlarla müqayisədə uzunömürlülərin yaxın qohumlarında baş beynin bioelektrik aktivliyinin strukturunda, gicgah nayihələrində daha yüksək aktivlik aşkar edilib. Bu da uzunömürlülərin yaxın qohumlarında yaddaş, afferent informasiyanın (eşitmə, görmə) inteqrasiyası və emosional fonun harmonizasiyasını təmin edən proseslərin daha yüksək səviyyədə olmasını göstərir.

U.Həşimova qeyd edib ki, sadalanan dəlilllər uzunömürlülərin qohumlarının da gələcəkdə uzunömürlü olacağına zəmin yaradan əsas faktorlardan biridir.

Uzunömürlülərin gecə yuxusu ilə bağlı da araşdırma apardıqlarını deyən institut direktoru əlavə edib ki, uzunömürlülərin sürətli yuxu davamlılıgı çox olur.

Onun sözlərinə görə, uzunömürlünün gecə yuxusunun strukturunda REM fazanın dominantlığı irsi-genetik informasiyanın işlənmə mexanizmlərinin üstünlüyünü əks etdirir:

"Yetkin insanın sürətli yuxu fazası 20-25 faiz təşkil edir. Yavaş yuxudan fərqli olaraq, sürətli yuxu fazasında baş beynin fəaliyyəti artır. Sürətli yuxu rəngarəng yuxularla fərqlənir və bu yuxularda qəbul olunmuş informasiyanın işlənilməsi və onun yaddaşa salınması baş verir. Baş beyin salınmış genetik informasiyanı işləyir, onu daxil olan informasiya ilə muqayisə edir və oyanandan sonra ətraf mühitə adaptasiya proqramını formalaşdırır. Görünür ki, bu amil uzunömürlülük üçun vacibdir. Elə bu səbəbdən də uzunömürlülərin sürətli yuxu davamlılıgı çox, yəni 60-65 faiz təşkil edir".

Qeyd edək ki, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.

U.Həşimova bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında Azərbaycanda ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlindiyini açıqlamışdı.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Roya · 12 Fevral 08:3820

    Bunu bilmek ucun hansisa arasdirmaya ehtiyac yoxdur.Kendlerimizde var. Yaslilar var ki,deyirler bunlarin nesli uzun omurludur.Eleleri var ki cavan kocurler(50-60)onda deyirler bunlarin nesli godek omurludur.

    Cavab yaz
  • Anonim
    asi · 12 Fevral 10:1830

    Uzun ömürlü olmaq üçün bulaq suyu dağ havası, nehrə yağı lazımdı hər gün..Yoxsaki bizim ki, marketlərin mənşəyi məlum olmayan ərzaqları ilə qidalanan, günün sterssi, özümüzə aid olmasa belə, ordan burdan oxuyub eşitdiyimiz min cür pisliklər, haqsızlıqlar, özbaşnalıqlar, laqeydlik və sairlər qarşılığında çətin uzunömürlülər siyahısına düşə bilək..Yaşayarsan dağlıq ərazidə, nə becərərsən onu yeyərsən, pul dərdin olmaz, moda azarın olmaz, gündə bir toy qayğın olmaz, həkim qurbanı olmazsan olarsan bir əsrlik qoca ixtiyar)..

    Cavab yaz
  • Anonim
    Azerbaijan · 12 Fevral 19:4700

    Uzunomurluler diyari.indi hami 100 il yasayir.Ki Belle penis iya ala bile!?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.