Cəmiyyət

Bərdə sakini 3 kq-dan artıq narkotiklə tutuldu

12 Fevral 2019 08:18
0 Şərh     Baxış: 311

Bərdə rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq və əməliyyat tədbirləri aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.