Cəmiyyət

Kristal Towers təqdim edildi!

11 Fevral 2019 12:25
Baxış: 1 304

Kristal Abşeron şirkəti daha bir premium layihəsini təqdim etdi. Şirkət bu günə qədər inşa etdiyi ən premium layihəsi, gözəllik və dəbdəbənin sintezi Kristal Towers-i 2019-cu ilin sonunda təhvil veməyi planlaşdırır. Kristal Abşeron bu layihədə premium müştərilərinə xitab edəcək bulvar və şəhər mənzərəli mənzillər təklif edir.

"Kristal Abşeron" bu layihəsində də istifadə edilən Avropa istehsallı brend tikinti material və aksessuarları ilə kefiyyət və təhlükəsizliyin harmoniyasını yaradıb. Premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan Kristal Towers 16 mərtəbədən ibarətdir. Burada fasad üçün nəm, istilik və soyuğa qarşı xüsusi izolyasiya edici materialdan istifadə ediləcək. Mənzillərə quraşdırılacaq İtaliya istehsalı olan 3 qat və 2 kameralı təbii taxta pəncərələr küləklər şəhərinin səs və soyuğuna, eyni zamanda nəmişliyə davamlıdır. 3,5 metr hündürlüklü mənzillər standard ölçülərdən daha artıqdır. Premium keyfiyyətin daha bir nümunəsi isə burada istifadə ediləcək Finlandiya istehsalı ən təhlükəsiz KONE liftləridir. Bina fasadı xüsusi zövqlə işlənmiş mərmər materialı ilə  üzlənəcək.

Kristal Towers-i tərk etmədən bir sıra xidmətlər sakinlərin ixtiyarında olacaq. Burada yeraltı qaraj, ticarət mərkəzi, fitness və spa mərkəzləri fəaliyyət göstərəcək. Sizi özəl hiss etdirəcək daha bir məqam isə  konsyerj xidmətidir. Sevdikləriniz, ailə üzvləri və dostlarınızla gözəl şam edə biləcəyiniz gözəl məkan- qüllənin sonuncu mərtəbəsində yerləşən restoran isə zövqünüzə oxşayacaq.    

Təklif etdiyi şərait və xidmətlərlə komfort nümunəsi olan Kristal Towers həm də yerləşmə yeri ilə sakinlərinin arzusuna çevriləcək. Dünyagöz klinikasının arxasında yerləşən premium layihə şəhərə və bulvara gözəl panoraması ilə seçilir. Hər səhər dənizə açılan mənzərəni seyr etməklə yuxudan oyanmağı kim istəməz ki?! Özünüzə və yaxınlarınıza bu gözəlliyi bəxş etməkdən çəkinməyin. Ən gözəl anlarınızı doya-doya yaşamaq istədiyiniz lüks apartamentlər artıq sizin ola bilər.

Kristal Abşeron - Xəyallarınızı inşa edirik!

Ətraflı məlumat üçün *1544 qısa nömrəsi ilə əlaqə saxlaya və ya www.kristalabsheron.az saytında daxil ola bilərsiniz.

https://www.facebook.com/KristalAbsheron/videos/356958528476731/

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.