Cəmiyyət

“Sipark” şirkətinin vəkili xüsusi açıqlama yaydı: Məhkəməyə müraciət edəcəyik

9 Fevral 2019 23:49
3 Şərh     Baxış: 1 332

Bu gün "Sipark" İnşaat və şirkətin rəhbərliyi haqda bir neçə saytda və sosial şəbəkə səhifələrində bəzi məlumatlar yayılıb. Həmin məlumatlarda tanınmış qadın müğənnilərlə "Sipark" rəhbərliyinin özəl münasibətindən söz açılır.

Əslində bir gün öncəyə qədər bu məlumatda qadın müğənnilərlə başqa bir şəxsin adı hallanırdı. Maraqlıdır ki, sonradan hansısa səbəbdən müğənnilərlə "Sipark" rəhbərliyinin "eşq yaşadığı" barədə xəbərlər yayılmağa başladı.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bununla bağlı "Sipark" şirkətinin hüquqşünası, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev xüsusi açıqlama yayıb.
"Bildirmək istəyirik ki, bəzi saytlarda "Sipark" şirkəti və onun təsisçiləri haqqında həqiqətdən uzaq, təhqir və böhtan dolu yazılar yayılıb. Həmin məqalələrdə göstərilənlərin hamısı qərəzli olmaqla, böhtan xarakterlidir, şərəf və ləyaqəti, işgüzar nüfuzu qəsdən ləkələmək məqsədi daşıyır. Xatırladırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi bu cür təhqir və böhtan xarakterli yazıları dərc edən şəxslər, o cümlədən kütləvi-informasiya vasitələri üçün çox ciddi məsuliyyət müəyyən edir. Bir daha bəyan edirik ki, "Sipark" şirkətinin və onun məqalədə adı keçən rəhbər şəxslərinin orada adları göstərilən insanlarla və hadisələrlə heç əlaqəsi yoxdur. Buna görə də biz öz şərəf və ləyaqətimizin müdafiəsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".

"Sipark"dan verilən məlumata görə, xəbəri ilk yayan sayt artıq bunu öz səhifəsindən silib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Seva.. · 10 Fevral 01:0434

    Lap yaxwi.wer bohtan atan,bawqasini lekelemeye caliwan herkes cezalanmalidi.Insan once Allahdan qorxmalidi.

    Cavab yaz
  • Anonim
    miris · 10 Fevral 10:0230

    Elemisense yaxsi etmisen qaqa ,puluna minnet varliga ne darlig

    Cavab yaz
  • Anonim
    Daglı · 10 Fevral 10:2831

    Əgər eləmisənsə,özün etiraf elə,cəzan yüngül olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.